Xəbər lenti
Bu ölkələrdən gətirilən darçınlar təhlükəlidir — Daxili qanaxma, beyinə qan sızma...
Həkimlər qış aylarında daha çox istifadə edilən darçın ədviyyatının həddən artıq istifadəsinin bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyini açıqlayıblar. Belə ki, bu bitkinin tərkibində olan "kumarin” maddəsi qanı durulaşdırdığı üçün beyinə qan sızmasına səbəb ola bilər.
Manevr.az xəbər verir ki, alimlər insanları şirniyyat və içkilərin tərkibinə vurulan darçının həddən artıq istifadəsində diqqətli olmağa çağırıblar.
Belə ki, darçın ədviyyasını əldə etmək üçün onun üst qabıqları soyulur və qurudulur. Quruduqdan sonra içində olan incə təbəqə çıxarılır. Bu cür hazırlanan darçında kumarin maddəsinin miqdarı çox azdır. Ancaq Vyetnamdan və İndoneziyadan gətirilən ucuz darçın qurusu isə ağacın mantar təbəqəsindən hazırlanır. Bu cür qabıq burulmur, çox ətirlidir, amma hər qramında 6.8 mqr kumarin maddəsi olur. Məhz bu maddə də qanı durulaşdıraraq daxili qanaxmalara və hətta beyinə qan sızmasına gətirib çıxara bilər. Buna görə də darçın alarkən onun ətirli olmasına deyil, nazik, yaxşı burulmuş olmasına və qiymətinə diqqət yetirin. Əks halda "ucuzdur” deyə alıb istifadə etdiyiniz darçın sizin sağlamlığınızı itirməyinizə səbəb ola bilər.
Qeyd: Azərbaycanda da xarici ölkələrdən gətirilmiş ucuz və keyfiyyətsiz darçın ədviyyatına rast gəlmək mümkündür. Bu səbəbdən ucuzluğuna aldanıb, almayın.
Məlumat üçün bildirək ki, "Cinnamomum Ceylanici” ağacı qabıqlarından əldə edilən darçın daha incə ətrə və dada malik olur. Bu darçının 1 qramında 0.1 mqr kumarin maddəsi olur. Bu səbəbdən də hətta çox miqdarda istifadə edildikdə belə sağlamlıq üçün heç bir ziyanı yoxdur. Bu darçından uşaqlar və yetkin insanlar rahatlıqla istifadə edə bilərlər./medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar