Xəbər lenti
Böyrək xəstələrinin NƏZƏRİNƏ - Bu çaylar...
“Kreatinin əzələ hərəkətinə lazım olan kreatindən əmələ gələn birləşmədir. Əzələ metabolizmasının istehsalı olan bu maddə böyrəklərdən sidik vasitəsi ilə dəyişmədən birbaşa ifraz olunur”.
Bunu Manevr.az-a açıqlamasında nefroloq Barat Yusubov deyib. O bildirib ki, böyrək funksiyaları pozulduğu zaman kreatinin ifrazı ləngiyir və qanda kreatinin səviyyəsi yüksəlməyə başlayır. Kreatin analizləri adətən böyrək funksiyalarını və xəstəliklərini dəyərləndirmək üçün aparılır. Əzələ xəstəlikləri, revmatoid artrid, hormonal pozğunluqlar, infeksiya və sümük qırılmaları da qanda kreatinin səviyyəsini artıra bilər. Kişilərdə kreatinin normal miqdarı 0,5-1,2 mg/dl, qadınlarda isə 0,4-1,1 mg/dl olmalıdır.
Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a qanda kreatinin miqdarını azaldan vasitələrdən danışıb.
Həkimin sözlərinə görə, qanda kreatinin miqdarını azaltmaq üçün bitki çaylarından istifadə etmək olar. 2 çay qaşığı çobanyastığı bitkisi bir stəkan qaynar suda 5 dəqiqə dəmlənir. Gün ərzində içilir. Bir stəkan qaynar suya bir xörək qaşığı kasnı bitkisi əlavə edilir. Dəmlənib gündə 2 dəfə içilir. Bir stəkan ilıq suya bir çay qaşığı ud hindi tozu, bir çay qaşığı qara zirə tozu əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl içilir.
Həkim bildirib ki, xəstələr pəhriz saxlamalı, duzlu, turş, yağlı və qızardılmış yeməklər, xəmir xörəklərindən uzaq durmalıdırlar. Bol meyvə-tərəvəz yemək lazımdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar