Xəbər lenti
Əksəriyyətimizin istifadə etdiyi bu ağrıkəsicilər sonsuzluğa səbəb olur
Danimarkanın Kopenhagen Universitetinin tədqiqatçıları kişilərdə sonsuzluq yaradan dərmanın adını açıqlayıblar. Onların fikrincə, son illər ərzində Avropa boyunca kişilərdə spermatozoidlərin 50 faiz azalmasının səbəbi onların qəbul etdiyi dərmanlarla bağlıdır.
Manevr.az saglamolun.az-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə dair məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.
Mütəxəssislərin gəldiyi nəticəyə görə, dərmanlardan, xüsusən də ağrıkəsici dəmanlardan istifadənin nəticəsində kişilərdə hormonal dəyişikliklər baş verir ki, bu da sonsuzluğa gətirib çıxarır.
Hamımızın evdə istifadə etdiyimiz bu dərmanın təhlükəli olduğu aşkarlandı. Qeyd edək ki, "ibuprofen" əsaslı dərmanlar yoxlanılıb. Digər qrup isə "plasebo" əsaslı dərmanlarla sınaqdan keçirilib. Bu dərmanların qəbulu nəticəsində kişilərdə spermatozoidlərin formalaşmasına səbəb olan hormonlarda dəyişikliklər qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda da ağrıkəsici dərmanlar, o cümlədən "ibuprofen" tərkibli dərmanlar geniş istifadə edilir. Xüsusən də uşaqlarda qızdırma və ağrıların simptomatik müalicəsi üçün "ibuprofen" tərkibli dərmanlar intensiv qaydada tətbiq edilir. Bu dərmanların firma adları fərqli olsa da, əsas tərkibi "ibuprofen"dən ibarətdir.
Belə dərmanları oğlan uşaqlarına təyin edərkən ehtiyatla qərar vermək lazımdır. Məsələ burasındadır ki, belə dərmanların müalicəvi təsiri yoxdur, onlar sadəcə, 4-5 saat müddətinə qızdırmanı aşağı salır və ağrıları götürür. Mütəxəssislər hesab edirlər ki, simptomları yumşaltmaq üçün zərərsiz alternativ vasitələrdən istifadə etmək daha düzgündür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar