Xəbər lenti
Ümumdünya Səhiyyə Təşkilatı açıqladı - Peyvəndlər vurulmasa, 1,6 milyard insan...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2019-cu ildə qlobal səviyyədə insan sağlamlığına təsir göstərəcək ən böyük 10 təhlükəni açıqlayıb.
Manevr.az xəbər verir ki, ÜST hər il olduğu kimi, bu ildə hesabatda verdiyi xəstəliklərin əngəllənməsinə dair 5 illik həll planı tövsiyələrini də təqdim edib.
Siyahıya görə, havanın çirkliliyi, böhranlar və peyvənd vurmaqdan imtina edən insanlar 2019-cu ildə insan sağlamləğını təhlükə altına alan təhdidlərdəndir.
Təşkilata görə, 1,6 milyard insan quraqlıq, aclıq və müharibədən əziyyət çəkir və bu insanlar həyati vacib tələbatlarını belə qarşılaya bilmir.
Proqnozlar vəd edir ki, 2030–2050-ci illər arasında ortaya çıxan qida çatışmazlığı, ishal, kəskin istilər və malyariya kimi problemlər bir ildə 250 mindən çox insanın ölümünə səbəb olacaq. Diabet, ürək çatışmazlığı və xərçəng isə hazırda dünya miqyasında ölümlərin 70%-nin səbəbini təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il üçün qlobal təhdid kimi səciyyələndirdiyi xəstəlikləri təqdim edirik:
1) Peyvənd vurulmaması
2) Qlobal qrip epidemiyası
3) Havanın çirkliliyi və qlobal istiləşmə
4) Yoluxucu olmayan xəstəliklər
5) Sağlam və keyfiyyətli həyat şərtlərindən məhrum olmaq
6) Mikroblara qarşı immunitet çatışmazlığı
7) Ebola və bənzər ölümcül yoluxucu xəstəliklər
8) Sağlam qalmaq üçün tələb olunan şərtlərin olmaması
9) Oynaq ağrıları ilə müşayiət olunan qızdırmalı yoluxucu xəstəlik
10) QİÇS
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar