Xəbər lenti
2019-cu ildə dünyaya təhdid edəcək 10 xəstəlik
Dünya Səhiyyə Təşkilatı (ÜST) 2019-cu ildə dünyada sağlamlığa ciddi təsir edəcək 10 təhlükəni açıqlayıb.
Manevr.az xəbər verir ki, təşkilatın hər il hazırladığı siyahıda bu təhdidlərə qarşı 5 illik plan və çıxış yolları da təqdim olunur.
ÜST mütəxəssislərinin fikrincə, hava kirliliyi, müharibələr və peyvənd olunmağı qəbul etməyən insanlar 2019-cu ildə dünya miqyasında sağlamlığı təhlükə altında qoyacaq.
Siyahıda keçici xəstəliklər, dərmanlara dayanıqlı viruslar və geniş yayılsa da, qarşısının alınması mümkün olan ürək və ağciyər xəstəlikləri də yer alıb.
ÜST-ün hesabatına görə, 1,6 milyarddan artıq insan aclıq və müharibələrin davam etdiyi bölgələrdə yaşamaq uğrunda mübarizə aparır.
Qeyd edilir ki, 2030-2050-ci illərdə qlobal istiləşmə səbəbindən yaranacaq qida, ishal, yüksək tempratur və qızdırma kimi səbəblərdən ildə 250 min insan həyatını itirəcək.
Həmçinin vurğulanır ki, diabet, xərçənc və ürək xəstəlikləri dünya miqyasında ölümlərin 70 faizini təşkil edir.
2019-cu ildə insan sağlamlığını təhdid edəcək 10 təhlükə:
- Peyvənd olmağa qarşı dirəniş
- Qlobal qrip epidemiyası
- Hava kirliliyi və qlobal istiləşmə
- Keçici olmayan xəstəliklər
- Sağlam və keyfiyyətli yaşyış şərtlərindən məhrum olma
- Mikroflara qarşı dözümlülük
- Ebola və digər ölümcül xəstəliklər
- Vacib sağlamlıq xidmətlərinin olmaması
- Dang (ağır yolxucu xəstəlik)
- QİÇS (HIV)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar