Xəbər lenti
Çox qəhvə içmək təhlükəlidir?
Qəhvə, çay, qazlı və ya energetik içkilər insanı gümrah edir, koqnitiv funksiyalarını və əhval ruhiyyəsini yüksək saxlayır. Bir çoxları səhər yuxudan ayılmaq üçün günə qəhvə ilə başlayır.
Bu, bir tərəfdən yaxşıdır, çünki qəhvənin orqanizm üçün faydaları çoxdur. Digər tərəfdən isə onun yan təsirlərinin olduğunu da unutmaq olmaz.
Bəs gün ərzində nə qədər qəhvə içmək təhlükəsizdir? Normanı keçdikdə orqanizmə nə kimi fəsadlar verə bilər?
Manevr.az həddən artıq qəhvə içməyin mənfi tərəflərini təqdim edir.
Qəhvə həqiqətən də insanın zehni qabiliyyətini və beynin reaksiyasının sürətini artırır. Həmçinin də qəhvə insan beyninin uzun müddət fəal şəkildə qalmasını təmin edir.
Gün ərzində 250 mq (2,5 fincan) qəhvə içmək heç bir yan təsirə səbəb olmur. Bu təhlükə gün ərzində 400 mq-dan çox (4 fincandan çox) qəhvə içənlər üçündür.
Səbəbi isə qəhvənin oyandırıcı xüsusiyyətinin qan təzyiqini və ürək döyüntülərini artırmasıdır. Nəticədə insanda yuxusuzluq və diareya yarana bilər. Başqa yan təsirlərə baş ağrısı, sidiyə tez-tez getmə, mədə pozulması və əzələ spazmı aiddir.
Gün ərzində nə qədər qəhvə içmək təhlükəsizdir?
Alimlərin bildirdiklərinə görə, böyük insanlar üçün gün ərzində 400 mq-a qədər qəhvə qəbulu təhlükəsizdir.
Bundan əlavə bir qrup insan var ki, onlar üçün bu qayda keçərli deyil. Bu insanlara hamilə və süd verən analar, ürək-damar və təzyiq xəstələri və s daxildir.medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar