Xəbər lenti
Gürcüstanda insanların ölüm səbəbi sırf "donuz qripi" deyil : Mahir Rəhimov

“Gürcüstanda insanlar sırf "donuz qripi"ndən deyil, "stafilikok" törədicisinə yoluxaraq vəziyyətlərinin ağırlaşması nəticəsində ölüblər”.
Bu sözləri mətbuat konfransında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşka) Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Mahir Rəhimov deyib. O bildirib ki, donuz, quş və insan qripləri eyni növ (H1N1) viruslardır. Qrip adətən hava-damcı yolu ilə keçir. Xəstəliyin qarşısını almaq üçün mütləq profilaktik tədbirlər görülməlidir. Havalar soyuq olduğundan mövsümi qrip viruslarının yayılması normaldır. Bu keçmişdə də belə olub, indi də belədir. Hər kəs özünün həkimi olmalıdır. İmmunitet sistemini möhkəmləndirmək, bol vitamin qəbul etmək, xəstə insanlarla ünsiyyətdən qaçmaq lazımdır.
Həkim bildirib ki, "donuz qripi" virusu ümumiyyətlə, ölkəmizdə yoxdur. Bununla bağlı insanları təşvişə salmaq, yalan informasiyalar yaylmaq düzgün deyil. Əgər ölkəmizdə "donuz qripi"nə rast gəlinsə, Səhiyyə Nazirliyinin müvafiq qurumları bunun qarşısını almaq iqtidarındadır.
Şöbə müdiri əlavə edib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün ET Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar