Xəbər lenti
Diqqət: Uşağınız öskürürsə, bunu etməyin!
Qış aylarında uşaqlarda xəstəliklərin artması ilə əlaqədar olaraq öskürək şikayəti də çoxalmaqdadır. Valideynlər belə hallar qarşısında ilk olaraq dərman preparatlarından istifadəyə üstünlük verirlər. Lakin mütəxəssislər hesab edir ki, bununla bağlı valideynlərin diqqət etməli olduğu bəzi məqamlar var.
Manevr.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, uşaqlarda öskürək əleyhinə dərmanların istifadəsi tövsiyyə olunmur. Xüsusilə körpə və kiçik uşaqlarda isə istifadəsi qətiyyən doğru deyil:
"Öskürək əleyhinə dərmanları istifadə etməkdənsə, onun səbəbinin tapılması və səbəbinə uyğun müalicə aparılması daha doğrudur. Öskürək şikayətinin bir çox səbəbləri var. Ən çox rastlaşdığımız səbəblərdən biri də tənəffüs yolu infeksiyalarıdır. Bu infeksiyalara görə öskürəklər bəzən 1, hətta 2 aya qədər də davam edə bilər. Əgər müalicələr başlanılıbsa, müalicələrin öz təsirini göstərməsini gözləmək lazımdır. Valideyinlər çox vaxt həkimin bir dərman verərək öskürəyi müalicə etməsini istəsələr də, bu mümkün deyil. Valideynlərin narahatlığı başadüşüləndir, ancaq müasir tibbin edə biləcəyi bir şey yoxdur. Ona görə də bəzən müalicələrə baxmayaraq, öskürək bir müddət davam edə bilər. Bu durumda bir qədər gözləmək lazımdır”.
Pediatr bildirib ki, körpənin tez sağalması üçün ona çoxlu sayda dərman vermək doğru deyil. Həkimin sözlərinə görə, xüsusilə bağçaya və məktəbin ilk siniflərinə gedən usaqların fasiləsiz olaraq qrip olması uşağın bütün qış boyu öskürməsinə səbəb olur. Bu durumlarda hədsız müalicələrdənsə, uşaqları xəstəliklərdən və xəstələnmiş şəxslərdən qorumaq daha doğrudur:
"Boğmaca və boğmacaya oxşar xəstəliklərdə öskürək çox daha ağır ola bilər. Belə hallarda mümkündür ki, öskürək, aparılan müalicəyə baxmayaraq, hətta aylarla davam etsin. Bu hallarda "Uşağım sağalmır" deyib, onu ağır dərman müalicələrinə məruz qoymaq olmaz. Orqanizmin özünün də bu xəstəliyin öhdəsindən gəlməsinə imkan vermək lazımdır.
Öskürəyin səbəblərindən biri də "astma” xəstəliyi və allergiyadır. Amma hər öskürəyi olan uşağa bu diaqnozu qoymaq doğru deyil. Bu diaqnozu qoymaq üçün müvafiq laboratoriya və digər müayinələr olunmalıdır. Yalnız bundan sonra dəqiq diaqnoz qoyula bilər”.
Pediatrın sözlərinə görə, uzun müddət davam edən öskürəklərdə diaqnoz qoymaq elə də asan olmur. Səbəbi ortaya çıxarmaq üçün çox sayda laboratoriya və ciddi müayinələr edilməlidir:
"Bu səbəblər arasında tənəffüs yollarının infeksiyaları (sinuzit, bronxit, pnevmaniya), mədə bağırsaq xəstəlikləri (reflü xəstəliyi), ağciyərin anadangəlmə, irsi xəstəlikləri və anomaliyaları, vərəm xəstəliyi, dös qəfəsi orqanlarının şişi, ürəkdən çıxan damarların anomaliyaları, psixoloji xəstəliklər, allergik xəstəliklər, astma və s. ola bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar