Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rozmarin bitkisinin FAYDASI : mütəxəssis fikri

Tarix: 10-01-2019 12:04     Baxış: 31 406 A- / A+
Rozmarin bitkisinin  FAYDASI : mütəxəssis fikri

(Rosmarinus officinalis)

Park və yol kənarlarında dekorativ bitki kimi becərilən Rozmarin, şəfalı xüsusiyətləri ilə də maraq oyandırır. Rozmarin hər mövsümdə yaşıl rəngdə olan, iynə yarpaqlı kol bitkisidir. Yarpaqlarına toxunulduqda və ya əl ilə ovuşturduqda kəskin qoxusu hiss olunur.
Bir cox ölkələrdə əsasən ət yeməklərinə ləzzət verməsi üçün ədviyyat olaraq da işlədilməkdədir. Yarpaqlarından çay hazırlanaraq və yağından qoxlamaq və masaj yağı kimi istifadə edilməkdədir.
Rozmarin ürək damar xəstəliklərinə qarşı köməkçi, qan təmizləyici və yuxusuzlugu aradan qaldıran vasitə kimi istifadə edilir.Qaynadılaraq əldə edilən sulu məhlulu saçlara sağlamlıq və parlaqlıq verir. Kosmetik vasitə kimi dərinin təzələnməsi və civzələrin qarşısının alınmasında faydalıdır.
Artıq çəkidən qurtulmada, xərçəngin qarşısını almaqda, miqren və digər baş ağrılarında ağrıkəsici , allergiya və infeksiya problemlerinin həlli vasitəsi kimi, immunitet gücləndirici, həzm sistemini tənzimləyici vasitə kimi istifadə edilir.
Qida toksikoinfeksiyalarında dəmləmə şəklində qəbul edilərək, organizmdən toksinlərin xaric olmasına kömək edir.
Həmçinin qaraciyər və tənəffüs sistemi sağlamlığının qorunmasında, insulin ifrazını artıraraq qandakı şəkər məqdarını normallasdırmaqda əvəzsiz vasitədir.
Rozmarin yağı ən məhşur aromaterapiya yağlarından biridir. Zehni fəaliyəti artıran, yaddaşı gücləndirən vasitə kimi istifadə edilməkdədir.
Bu yağın qoxusu boğazda şişkinliyin yüngülləşməsində, soyuqdəymə, boğaz ağrısı və qripin müalicəsində , əzələ ağrıları, revmatizm və artritin müalicəsində də ağrılara və spazmlara qarşı təsirli vasitədir.
Heç bir zərəri müşahidə edilməsə də , epilepsiya xəstələri, hamilə və südverən analarda, qan təzyiqi yüksək olan xəstələrdə bəzi əlavə təsirlər meydana çıxa bilər.Həmin şəxslərin istifadə etməmələri tövsiyyə olunur.

İslam Turan Kazımoğlu,
orman mühəndisi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar