Xəbər lenti
Qışda xəstələnməmək üçün BUNLARI EDİN - Məşhur professordan VACİB XƏBƏRDARLIQ
Türkiyəli professor və kardioloq Canan Karatayın sözlərinə görə, qış xəstəliklərindən qorunmaq üçün sadəcə qidalanmaya deyil, həyat tərzinə də diqqət etməliyik.
Manevr.az xəbər verir ki, o, qış aylarında kələm, gül kələm, turp, çiy yerkökü, soğan və sarımsağa daha çox üstünlük verməyi tövsiyə edib. Qış aylarında hər gün 20-30 dəqiqə yürüşə çıxmağı məsləhət görən Karatay bədənin xəstəliyə qarşı müqavimətini artırmağın yollarını izah edib:
"Qışda mən kələm, gül kələm, turp, xiyar, soğan və sarımsaq yeyirəm, bunlar prebiotiklərdir. Prebiotiklər bağırsaq mikroflorasını normasına salan faydalı mikroorqanizmlərdir. Prebiotiklər bağırsaqlardakı faydalı bakteriyaları qidalandırmaqla onları çoxaldır. Probiotik bakteriyalar isə canlı bakteriyanı ehtiva edən qidalardır, onlar bədənə daxil olmalıdırlar".
İçdiyiniz suya 1 çay qaşığı dəniz duzu əlavə edin
Xaş ilə qarın şorbası içməyi tövsiyə edən professor sözlərinə belə davam edib:
"Qış xəstəliklərindən qorunmaq sadəcə qidalanmadan asılı deyil, həyat tərzinə diqqət etmək də əhəmiyyət kəsb edir. Odur ki, hər gün 20-30 dəqiqə piyada gəzin. Əllərinizi çox yaxşı yuyun, xaş və qarın şorbası yeyin. Kənd yumurtasından yeyib qaynadılmış sümük suyu için. Bir stəkan suya bir çay qaşığı dəniz duzu əlavə edib qarışdırın. Qələvi halına gətirilmiş su daha faydalıdır. Eyni zamanda qış boyunca dəniz duzu ilə qarışdırılmış suyu səhər, axşam burnunuza töküb qarqara edin".
Həkim bildirib ki, B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün içalat yemək lazımdır:
"Bəzi vitaminlərin çatışmazlığı varsa, həkim müayinəsindən keçmək lazımdır. Orqanizmin sağlam olmasında əsasən D, B12 və və digər B vitaminləri böyük rol oynayır. B12 vitamini çatışmazlığı varsa, içalat, sümük suyu və kəllə-paça yeyin. Bunlar orqanizmin müqavimətini gücləndirir".
Bədəndə 8 trilyon mikrob var
Xəstəliklərin bədən müqaviməti düşəndə ortaya çıxdığını deyən Karatay orqanizmdə 80 trilyon mikrob olduğunu qeyd edib:
"Bu mikroblarla birlikdə yaşayırıq, amma bədənin müqaviməti qırıldığı zaman mikroblar alovlanır, bütün xəstəliklər də buradan başlayır.
12 il Amerikada qaldıq, heç vaxt hamburger yemədim, yemərəm də. Ənənəvi köhnə üsulla qidalanırıq. Amerikada özüm evdə qatıq mayalayırdım. Xəstələnməmək üçün təbii probiotik ehtiva edən ev qatığı və ev sirkəsi istifadə edin. Hamburgerin içi trans yağlarla doludur. Ürək xəstəlikləri, iflic, xroniki degenerativ xəstəliklərin, xüsusilə qaraciyər yağlanması, üzdəki sızanaqlarının səbəbi trans yağlardır".\publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar