Xəbər lenti
Azərbaycan üçün böyük təhlükə: Özünüzü qoruyun
Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini gündəmə gətirib.
Manevr.az-ın xəbərinə görə, Respublikanın Baş infeksionisti Cəlal İsayev baku.ws-ə açıqlamasında bildirib ki, qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanıbsa, bunun bizim ölkədə də yayılma ehtimalı var.
"Hər ilin soyuq fəsillərində qrip virusu yayılır və xəstələnmə hallarının sayı artır. Gürcüstanda H1N1 virusu aşkarlanıb. Bu viruslar həmişə var və yayılır. Bu virus 9 il əvvəl də yayılmışdı. Əgər virusun yayılması kütləvi hal alarsa, o zaman dövlət tərəfindən tədbirlər görülə bilər. Bu tədbirlər arasında məktəblərin bağlanması və digər proseslər də var. Hələlik adi və mövsümü xəstəlik kimi yayılıb. Hələlik tibbi müəsisələrimizə bu virusa yoluxmuş xəstə daxil olmayıb.
Çox vaxt insanlar qrip xəstəliyinə barmaqarası yanaşırlar. Bu xəstəliyə tutulan zaman mütləq həkimə müraciət etmək lazımdır və küçəyə çıxmaq olmaz. Əgər "donuz qripi" qonşu ölkələrində yayılıbsa, bizdə də yayıla bilər. Bu ölkəyə gedən insanlar birinci növbədə özlərini qorumalıdırlar”.
Məsələ ilə bağlı danışan baş epidemioloq İbadulla Ağayev bildirib ki, hazırda Azərbaycan üçün H1N1 virusu təhlükəsi yoxdur:
"Ümumilikdə qrip xəstəliyi həmişə mövcuddur. Düzdür ölkədə bu xəstəliyə yoluxan 5-10 nəfər var, lakin bu emidemiya halı almayıb. Bu aylarda insanlar özlərini mütləq qorumalıdırlar. Qrip virusla yayılan xəstəlikdir və həmişə olacaq. Səhiyyə Nazirliyinin bütün tibb müəssisələri müraciət edən xəstələrə yardım göstərmətə hazırdır. Mütləq həkimə müraciət etsinlər və həkim nəzarəti altında müalicə olunsunlar".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar