Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Miqreni müalicə ilə sağaltmaq mümkündürmü?

Tarix: 04-01-2019 09:41     Baxış: 3283 A- / A+
Miqreni müalicə ilə sağaltmaq mümkündürmü?


Miqren üz və baş nahiyəsinin sinirinin həssaslığı ilə əlaqədar xroniki xəstəlikdir.

Manevr.az-ın məlumatına görə, miqren soyuq, işıq, qoxu kimi xarici amillərdən qıcıqlanmaqla yanaşı, yuxu, aclıq, depressiya kimi hissi qıcıqlanmalarla də özünü büruzə verə bilir.

35-45 yaş arasındakı insanlarda miqren ağrıları daha şiddətli hiss olunur. Miqren xəstələrinin sinirləri olduqca həssasdır. Eyni zamanda, uşaqlarda da miqrenə rast gəlmək mümkündür.

10 il əvvələ kimi miqren xəstəliyi ilə mübarizə ağrıkəsicilər vasitəsilə ağrıları müvəqqəti dayandırmaq idi. Belə dərmanlardan biri 1989-cu ildə kəşf olunan “Botulinum toksin” xroniki miqren xəstələrində ağrısız günlərin sayını artırmaq məqsədi daşıyır.

Bioloji preparatlar texnologiyasının inkişafı nəticəsində keçmişdə müalicə edilə bilməyən bir çox xəstəlik artıq müalicə oluna bilir. Bunlardan biri də miqren dərmanı kimi bilinən “Erenumab” dərmanıdır. Bu, bioloji dərmandır.

İynə ilə bədənə vurulduğu üçün vaksin adlandırılıb. Yəni, vaksin deyil. Hələlik miqrenin tam müalicəsi mümkün deyil.

Dərman necə istifadə olunur?

“Erenumab” ABŞ-ın Farmakologiya Adminstrasiyası tərəfindən miqren önləyici və ya miqren profilaktikasında istifadə üçün təsdiq edilib. Bir ay ərzində 4-15 gün başağrısı olan xəstələr tərəfindən ayda bir dəfə iynə vasitəsilə qəbul edilir.

Üçüncü ayda bu preparatı qəbul etmiş xəstələrin 40 faizində miqren ağrılarını 50 faiz azaldığı müşahidə olunub. Bununla yanaşı, hər bir miqren xəstəsi üçün müalicə metodu onun həkimi tərəfindən müəyyənləşdirilir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar