Xəbər lenti
Böyrək xəstəliklərini yaradan məhsul
Con Xopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər.
Manevr.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri Clinical Journal of the American Society of Nephrology jurnalında dərc olunub.
Şirin qazlı içkilərin tez-tez qəbulu insanlarda xroniki böyrək çatışmazlığının riskini xeyli artırır. Böyrək çatışmazlığı böyrəyin fəaliyyətinin dayanmasına səbəb ola bilən ağır pozulmadır.
Araşdırma çərçivəsində alimlər 15 il ərzində 3 min insanın həyatı və qidalanması haqqında məlumatları toplayıblar. Nəticədə mütəxəssislər belə nəticəyə gəliblər ki, məhz şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu böyrəklərin xroniki xəstəliklərinin riskini 61% artırır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar