Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beyni qidalandıran vitaminlər - Nə qəbul edək ki, beynimiz yaxşı işləsin? - SİYAHI

Tarix: 28-12-2018 19:28     Baxış: 3448 A- / A+
Beyni qidalandıran vitaminlər - Nə qəbul edək ki, beynimiz yaxşı işləsin?

Orqanizmdə vitamin və mineralların çatışmazlığı təkcə daxili orqanlara yox, beyinə, zehnə də mənfi təsirini göstərir. Bİz adətən bütün orqanların qeydinə qalırıq, onları yoxladırıq, onların xəstələnməsini düşünürük, amma beyin yaddan çıxır. Elə düşünürük ki, beyinə heç nə lazım deyil. Amma beyin də yorulur, qocalır, xəstələnir, vitaminlərə, əlavə gücə ehtiyac duyur.

Manevr.az
beyində vitamin çatışmazlığının səbəblərini təqdim edir.

Yaddaş zəifliyi, informasiyanın qəbul olunub, dərk edilməsində problem, diqqət yayğınlığı, unutqanlıq, dağınıqlıq, tormozlanma, yorğunluq, pis əhval ruhiyyə, oxumağa həvəssizlik, əsnəmə, yuxululuq və ya yuxusuzluq- bu simptomlar varsa beyniniz sizdən kömək istəyir.

Vitaminlər beyin və orqanizm üçün aşağıdakı funksiyaları oynayır:

Kollagen sintez edir, toxuma və damarların elastikliyini artırır, möhkəmləndirir, turşu-qələvi mühitini normallaşdırır, beyində qan və oksigen dövranını yaxşılaşdırır, metobolizmi sürətləndirir, zülal, yağ və karbohidratlardan enerji sintezini təmin edir. Antioksidant təsiri ilə hüceyrələrin qocalıb dağılmasının qarşısını alır.

Beynin aktivliyini təmin etmək üçün vitamin-mineral balansını izləmək lazımdır.

Hansı vitaminlər seçilməlidir?

A vitamini – beyin hüceyrələrini qoruyur, koqnitiv funksiyasının itirilməsini əngəlləyir, yaddaşı gücləndirir. Sarı-narıncı piqment verir. Beyin də bu rəngdədir. Bu piqmentin çatışmaması görmə orqanların patologiya yaradır, uşaqlarda boy və zehni inkişafı zəiflədir.

B – vitamini. Bütün qrup xüsusən B 1 B 2 beyin üçün vacibdir.

B1 enerji toplayır, B2 oksigenin udulmasını artırır, yorğunluğu götürür, B 3 damarları genişləndirir, qan dövranı üçündür, B 5 sinir impulslarını beyinə ötürür, metobolizm üçündür, B6 yeni hüceyrələr yaradır, ferment sintezini artırır, B9 – serotonin, adrenalin, dofamin kimi hormonların sintezi üçün, B12-xolesterini azaltmaq, damarları möhkəmlətmək, DNT sintezi üçün lazımdır. B qrup kombinasiyalı vitaminlər beyin hüceyrələrinin degenerasiyasının qarşısını alır, dəmirin yaxşı mənimsənilməsinə səbəb olur. Beyində bədxassəli şiş və kistlərin yaranmasının qarşını alır.

D Vitamini – fosfor, kalsium kimi elementlərin mənimsənilməsi üçün lazımdır. D vitamini olmayanda beynin zehni qabiliyyəti az olur, inkişaf etmir, yaddaş pozulur, insanın ümumi əhvalı pis olur.

K vitamini – yağ həll edən, parçalayan birləşmələr qrupunu təmsil edir. Bu vitamin damarların keçiriciliyi, qanı durulaşdırması və qovması üçün lazımdır.
Çatışmayanda kalsium mənimsənilmir, qan dövranı pozulur, anmeziya başlayır, damarlar tıxanır.

E vitamini – güclü antioksidant, qocalıq əleyhinə vitamin kimi beyni sərbəst radikallardan və toksinlərdən müdafiə edir, yaddaşın zəifləməsinin qarşısını alır.

Omeqa 3- Alsgeymer xəstəliyi riskini azaldır, neproplastikaya təsir edir.

Lazımi vitamin və maddələri siz qidalanma ilə də əldə edə bilərsiz. Əgər artıq vitamin defisiti çox ciddidirsə, problemlər varsa, o zaman həkimlə məsləhətləşərək hansl vitamin çatışmırsa, o vitaminin bioəlavədə və ya tablet kimi kursla qəbul edə bilərsiz.
Beyni qidalandıran vitaminlər - Nə qəbul edək ki, beynimiz yaxşı işləsin?


Beyin üçün vacib qidalar:

Qoz, badam, moruq, böyürtkən, çiyələk, yumurta, tünd şokolad, kök, çuğundur, dəniz kələmi, yağlı balıq, toyuq əti, hind quşu, İspanaq, mərci, lobya, su
Olmaz: qəhvə, içki, yağlı, qızarmış, un məmulatları, nikotin.medicina.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar