Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınlar niyə kişilərdən çox yaşayır?

Tarix: 19-12-2018 08:51     Baxış: 4301 A- / A+
Qadınlar niyə kişilərdən çox yaşayır?


Qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha “sağlam” yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir.

Manevr.az xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Aging Cell” jurnalında dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hal-hazırda orta insan ömrü 71 yaş təşkil edir. Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir (müvafiq olaraq 73 və 68 il).

Maraqlıdır ki, antropoloqlar bu tendensiyanın ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən, alkoqol, tütün və narkotik vasitələrə meyilli olması ilə əlaqələndirilirdi.

Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları “kişi və qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda, genetik aspektlərinin olduğunu ortaya çıxarıb.

Tədqiqat qrupu uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb.

Dubalın sözlərinə görə, alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımında kişi və qadınlar arasında bir çox fərqlərin olduğundan şübhələnib.

Məsələ ondadır ki, Y - kişi xoromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar.

Qadın - X xromosomu isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu, adətən, fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz artıq X xromosomu ilə əlaqəli ola bilər.

Bu ideyanı rəhbər tutaraq, tədqiqat qrupu dörd qrup erkək və dişi siçan böyüdüb. Onların yarısı “xətalı” xromosom düzümünə malik olub. Alimlər onların DNT-lərinə çatışmayan Y xromosomunun fraqmentlərini yeritməklə XX xromosomlarla erkək ərsəyə gətirə bilib, həmçinin XY düzümü ilə “transgender” erkəklər yaratmağa nail olublar.

Növbəti üç il ərzində bioloqlar gəmiricilərin həyat və davranışlarını hərtərəfli şəkildə müşahidə edib. Təcrübələr göstərib ki, DNT modifikasiyasından sonra onların ömrü cinsdən yox, xromosom düzümündən asılı olub./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar