Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Balqabaq çəyirdəyi o qədər faydalıdır ki... - Yağını da içə bilərsiniz

Tarix: 12-12-2018 20:53     Baxış: 4327 A- / A+
Balqabaq çəyirdəyi o qədər faydalıdır ki... - Yağını da içə bilərsiniz

Balqabaq çəyirdəyi yağı tərkibində çox miqdarda faydalı maddələr olan yüksək kalorili maddədir. Bu yağ həm səhiyyə, həm də kosmetik sahədə ən çox tətbiq edilən yağlardandır.


Manevr.az
sizə balqabaq çəyirdəyinin istifadəsi, faydaları və zərərləri haqda məlumat verir:

Faydası

Balqabaq çəyirdəyi yağının tərkibində A, B və E vitaminlərindən əlavə, omega 3 və omega 6 yağları da var. Bundan əlavə, bu yağın tərkibində bol miqdarda selen və sink olduğu üçün saç və dəri sağlamlığında da çox faydalı hesab olunur.

Prostat böyüməsi üçün:

Balqabaq çəyirdəyi yağı prostat xəstəliyinin qarşısının alınmasında, prostat böyüməsində istifadə edilir. Sidik yolları problemləri zamanı da yaxşı təsir göstərir. Tərkibində olan karetoneid və fitosterol maddələri kişilərdə əmələ gələ biləcək prostat riskini də azaldır.

Bu yağ bağırsaq qurdlarına qarşı təsirlidir.

Bağırsaqlarda yaşayan qurdların düşməsinə səbəb olan balqabaq çəyirdəyi yağı eyni zamanda yoğun bağırsaq xərçənginin qarşısının alınmasında da faydalıdır.

Ürək-damar xəstəliklərinə qarşı: bu yağın tərkibində olan amin turşuları və arginin birləşməsi sayəsində nitrit turşusu yaranır ki, bu, damarların yumşalmasına səbəb olaraq ürəkdə baş verə biləcək sərtləşməni aradan qaldırır.

Balqabaq çəyirdəyi yağı sümük əriməsinin qarşısını alır.

İstifadəsi


Həm daxildən, həm də xaricdən istifadə olunan yağlardan olan bu yağı içmək istəyən insanlar hər səhər gün başlayarkən 1 desert qaşığı içə bilərlər.

Birbaşa içə bilməyən insanlar isə yağı 1 armudu stəkan ilıq su ilə qarışdıraraq içə bilər. Xaricdən istifadə etmək üçün isə yağı qarğıdalı unu ilə qarışdıraraq məlhəm qatılığına salın. Daha sonra isə problem olan bölgələrə masaj edərək sürtün.

Zərərləri


Uşaq əmizdirən və hamilə qadınlar həkimlə məsləhətləşmədən bu yağdan qətiyyən istifadə etməməlidirlər.

Hər hansı bir sağlamlıq probleminiz olmasa belə balqabaq çəyirdəyi yağını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin./medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar