Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər donuz dərisini insana köçürəcək

Tarix: 12-12-2018 16:53     Baxış: 2386 A- / A+
Alimlər donuz dərisini insana köçürəcək


Təəssüflər olsun ki, müasir transplantologiya orqana ehtiyacı olan bütün insanların tələblərini ödəyə bilmir. Məhdudiyyəti aradan qaldırmaq məqsədilə Qərbdə bu istiqamətdə böyük işlər aparılır. Artıq sirr deyil ki, donuz orqanları müxtəlif səbəblərə görə (insana) transplantasiya üçün uyğun gəlir, ancaq praktikada bu elə də asan başa gəlmir.
Xeberle.com "Hi-News.ru”ya istinadən xəbər verir ki, tezliklə çox şey yaxşılığa doğru dəyişə bilər.
Belə ki, ABŞ-dan olan alim qrupu ilk dəfə olaraq donuz dərisini insana köçürməyə hazırlaşır.
Tədqiqatı Boston şəhərinin "XenoTherapeutics” qeyri-gəlir biotexnologiya şirkəti aparır.
Bu yaxınlarda qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsi (ABŞ) genetik modifikasiya olunmuş donuzlardan götürülmüş dəri transplantları üzərində kliniki sınaqların aparılmasına "yaşıl işıq” yandırıb.
Sual yarana bilər, nə üçün indi? Axır bu heyvanın orqanlarının transplantasiya baxımında insana uyğun gəldiyi çoxdan məlum idi. Məsələ ondadır ki, yüksək histouyğunluq səviyyəsinə rəğmən, adi donuzların hüceyrələrində insanın immun sistemi ilə təmas zamanı "yadlaşmaya” səbəb olan çoxsaylı agentlər (o cümlədən, RNT və DNT-də yer alan viruslar) yer alır. Ona görə genetik modifikasiya olunmuş donuzları yetişdirən zaman bu "qüsurların” aradan qaldırılmasına xüsusi diqqət ayrılır.
"Bizim, yəni "XenoTherapeutics” mütəxəssislərinin istifadə etdiyi genetik modifikasiya olunmuş donor-heyvanların toxumaları insanın immun sistemi tərəfindən "yad” olaraq qəbul olunmur. Bunu "Pepsi” və "Kola” ilə müqayisə etmək olar, aralarında cüzi fərqlər olsa da, orqanizm üçün bu, o qədər də önəmli olmur.
"XenoTherapeutics” təşkilatı Massçusets xəstəxanasının cərrah heyətinin əməkdaşlığı ilə gələn aydan kliniki sınaqlara start verməyi planlaşdırır.
Birinci mərhələdə donor-donuzdan çıxarılan dəri ağır yanıq yaraları olan pasiyentə köçürüləcək. Pasiyent əməliyyatdan sonra bir ay ərzində həkimlərin daimi nəzarətində olacaq. Nəticələr müsbət olarsa, sonradan çoxsaylı pasiyent qrupları üzərində daha iki sınaq mərhələsi həyat keçiriləcək.
Bütün sınaqların başa çatmasından sonra xüsusi komissiya bu yeni metodun kliniki praktikada geniş tətbiqi məsələsinə qərar verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar