Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhərlər şirin çay içənlər, bu xəbəri MÜTLƏQ oxuyun - Dietoloq Leyladan XƏBƏRDARLIQ

Tarix: 11-12-2018 17:31     Baxış: 2296 A- / A+
Səhərlər şirin çay içənlər, bu xəbəri MÜTLƏQ oxuyun - Dietoloq Leyladan XƏBƏRDARLIQ


Şəkərli diabet insan hüceyrələrində dövr edən qlükozanın həddindən artıq çoxalması nəticəsində meydana çıxan metobolik xəstəlikdir.

Bunu tanınmış dietoloq-nutrioloq, “Sağlam Bəslən-Arıqla", "Секреты ожирения ключ к похудению" kitablarının müəllifi Leyla Zülfüqarlı deyib.
Həkimin sözlərinə görə, diabetin özünün də tipləri var. 1-ci tip diabetdə hər hansı səbəbdən mədəaltı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Mədəaltı vəzi ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. Bu tip xəstələr insulin iynələri ilə uzun müddət müalicə almalı olurlar.

Həkimin sözlərinə görə, 2-ci tip diabet xəstəliyi isə sırf yaşam tərzi və qidalanmağımızla bağlıdır. Düzgün qidalanmayan və normal yaşayış tərzi olmayan insanlarda metobolik aparat ləngiyir və ürək-qan damar sistemi xəstəlikləri, şəkərli diabet və.s əmələ gəlir.

Leyla Zülfüqarlı deyir ki, ölkə olaraq bəzi vərdişlərimiz var ki, onlar bizi şəkərli diabetə doğru aparır:

“Xalq olaraq mətbəximizdə səhərlər şirin çay içməyi vərdiş halına gətirmişik. Təəssüf ki, valideynlər uşaqlarını dərsə yola salanda şirin çay içirirlər ki, zehinləri açıq olsun. Onlar düşünmürlər ki, bu hərəkətlə övladlarını 2-ci tip diabetə bir qədər də yaxınlaşdırmış olurlar. Bu xəstəlikdən qorunmaq üçün mütləq şəkər və şəkərli qidalara yox deməli, düzgün seçilmiş çörəkdən minimum istifadə etməliyik”.

Həkim əlavə edib ki, hamiləlik dövründə qadınlarda hormonal dəyişikliklərə bağlı gestasional diabet adlandırdığımız diabet tipi meydana gələ bilər.

Bu tip diabet əsasən hamiləliyin 2-ci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır. /metbuat.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar