Xəbər lenti
Dua oxunmuş su və yemək dərmandır –90 yaşlı Sibir alimindən ŞOK müalicə üsulları
Napoleon öz ordusuna yod verirdi, bilirdi ki, yodsuzluq axmaqlıq və ağıldan kəmliyi artırır.
Lidiya Nestorovna Surina – biologiya elmrləri namizədi, fitoterapiya üzrə Avropa Konqresinin üzvü, bir neçə kitab müəllifi, 40 illik fitoterapevt təcrübəsi olan, atası tanınmış kimyaçı bir alimdir.
Onun sağlamlıq, müalicə və dərmanlara öz baxışı var. Əgər onun bu məsləhətlərinə əməl etsəz, əmin olun ki, çox problemləri həll edə bilərsiz.
Manevr.az medicina.az-a istinadən alimin məşhur 10 məsləhətini təqdim edir:
1.Qida dərman olmalıdır, dərman isə qida
Bu gün yediyimiz çox ərzaqlar bizə yaddır. Bizim ruhumuza, bədənimizə, genimizə yad qidalar. 60% ət yaddır, 40% meyvələr yaddır. Biz banan, portağal, kivi çox yeyə bilmərik. Bizim cəmi 10% yad torpağın ərzağını yeməyə haqqımız var. Qalan hamısı doğulduğun torpağa məxsus olmalıdır. Necə ki, marala dəvənin yediyini vermək olmaz, eləcə də insan.
Başqa uzaq ölkələrin iqlim informasiyasını daşıyan ərzaqlar təbii qanunları pozur. Cənubda yaşayan insanın yaşadığı torpaqda yetişən meyvədə, otlarda vitamin daha çoxdur, nəinki şimalda yetişən. Cənubda yaşayana lazım olan vitaminlərin miqdarı elə öz torpağında yetişən qidalarda yetərincə verilib. İvan Qrozniy hələ 1580-ci ildə demişdi: Bir ölkəni zəbt etmək istəyirsənsə, ora yad qidalar gətir. Bu gün biz də yad qidalarla özümüzü məhv edirik.
2.Aspartam – aldığımız zəhər
Bütün şirəli, qazlı içkilər, kola, fanta, saqqızlar, jelebomlar –aspartam tərkiblidir. O şəkərdən 200 dəfə şirindir. Ona görə nə qədər içirikə, yenə istəyirik. Bunlar müxtəlif ölkələrə ayaq açan zəhərdir. Pul verib alırıq.
Aspartam nə edir:
-İntellekti zəiflədir
-Baş ağrı, ürək bulanma, mədə ağrısı verir
-Görməni pisləşdirir
-Depressiya, həyəcan gətirir
-Danışığı pozur, yerişi pozur, oynaqları ağrıdır
-Beyin serotonin hasil etmir, insan toxlu hiss etmir, yedikdə yeyir, kökəlir
3.Yod – zehnin dərmanıdır
Atam məni allergiyadan belə müalicə edirdi: yarım stəkan südə 3 damcı yod qatıb içirdirdi. Napoleon öz ordusuna yod verirdi, bilirdi ki, yodsuzluq axmaqlıq və ağıldan kəmliyi artırır.
4.Kistalar əməliyyat olunmamalıdır
Kistlərə hüç vaxt toxunmayın. Əgər ona bıçaq dəydisə, deməli ardı gələcək. Kistləri də onkologiya kimi müalicə edirlər.
5.Kalsium yox, kremniy lazımdır.
Yaşlı adamlara artroz, artrit, sümük əriməsində kalsium preparatları vermək səhvdir, damarları zəiflədir. Kremniy lazımdır, kremniy kalsiumu saxlayır, bu da mədə üçün müdafiədir, həm də artrit, artrozda lazımdır.
6.Süni vitaminləri evə gətirməyin
Hazırda 65% vitaminlər süni, sintetikdir. Anam deyir ki, evə heç vaxt aptekdən alınma vitamin gətirməyin. Vitamini qidadan, otlardan alın.
7.Pampers və qadın bezləri düşmən icadıdır
Uşaqlara bağlanan bezlər, qadınların kritik günlərdə istifadə etdiyi material steril olunmalıdır. Dağlarda çobanlar qoyunlar daha quzu doğmasın deyə neynirlər? Onlara kisə taxırdılar. Qoçlara taxılan yun kisələr yumurtaları məhv edir, sonra onu kəsirdilər. Eləcə də pamperslər, uşaqları elə sonsuzlaşdırır. Qadın bezləri və tamponlarında isə dioksin adlı zəhərli maddə var.
8.Barmaqların ucunu masaj edin
Barmaq uclarında bizim meridianlarımızı birləşdirən nöqtələr var. Hər barmaq ucu orqanizmdə bir sistemə bağlıdır. Şərq təbibləri barmaqların ucuna baxaraq insanın xəstəliklərini tapır və barmaqların ucuna masaj və iynə batırmaqla müalicə etməyi bilirdilər.
9.Su informasiya mənbəyidir
Su və qidaya dua oxuyub qəbul etdikdə insanın energetikasını artırır, bərpa edir. Bunu vərdiş edin. Qısa sözlərlə suyu və qidanı sehrləndirin.
10.Hər şey qaraciyərdən başlayır
Bütün həzm, sinir, dəri problemləri qaraciyərin fəaliyyəti ilə bağlıdır. Qaarciyəri diriltmək üçün böyrü üstə yatıb, qaraciyər tərəfə bir toxuma sap topası qoyun. O, qaraciyərə təzyiq edərək, ödün daha asan ayrılmasını təmin edəcək
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar