Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beynimizi qoruyan 9 element- 19-50 yaş arası şəxslərin diqqətinə

Tarix: 07-12-2018 07:25     Baxış: 3277 A- / A+
 Beynimizi qoruyan 9 element- 19-50 yaş arası şəxslərin diqqətinə

Bir çox insanlar vaxtaşırı olaraq özlərini çox bədbin hiss edirlər, yaxud da səbəbsiz olaraq hər kəsə və hər şeyə qıcıqlanırlar. Çox vaxt onlar bu halı pis əhval-ruhiyyədə olmaları ilə əlaqələndirirlər.


Manevr.az
medicina.az-a istinadən bildirir ki, təqribən 18 yaşdan yuxarı hər 10-cu şəxs tez-tez əhval pozulmasından əziyyət çəkir. Bu vəziyyətə depressiyanı və maniakal depressiya adlanan biopolyar pozulmanı da aid etmək olar.

Əhval pozulması bir sıra psixi çatışmazlıqlar səbəbindən meydana çıxır: bunlara həyəcan, depressiya, biopolyar pozuqluq, maniakal depressiya aid edilə bilər. İnsanın əhvalına təsir edən xəstəliklər çox mürəkkəbdir və bir sıra amillərdən asılıdır. Bunlara genetika, pəhriz, fiziki alışqanlıqlar, ətraf mühit və şəxsiyyət amili aid edilə bilər.

Amma bu halın yaşanmaması üçün bir çox üsullar var.

Belə ki, yaxşı pəhriz orqanizmi orqanlar sisteminin düzgün işləməsini təmin edən lazımi vitaminlər və minerallarla təmin edir. Qidalı maddələrin mütəmadi olaraq orqanizmə daxil olmaması səbəbindən isə ilk əziyyət çəkən beynimiz olur.

İnsan zəkasının düzgün işləməsi üçün çoxlu enerji tələb olunur.
Çatışmadığı təqdirdə əhval pozulmasına səbəb olacaq 9 elementin adını açıqlayırıq:

1. Sink


Sink depressiyanın əlamətlərini aradan qaldırmağa kömək edir. 2013-cü ildə müəyyən edilib ki, depressiyadan əziyyət çəkən insanların qanında adi insanlardan fərqli olaraq sinkin miqdarı 14% azdır. Ağır depressiyadan əziyyət çəkənlərdə isə bu rəqəm daha yüksəkdir.

2. Omeqa-3 amin turşuları


Omeqa-3 insanın immun və endokrin sisteminə, ağciyərlərinə, ürəyə, qan damarlarına beyinə və əhval ruhiyyəyə yaxşı təsir göstərir. Omeqa-3 və yağ turşuları bundan əlavə iltihabəleyhinə təsir göstərir ki, bu da beyin iltihabına bağlı olan bir sıra psixi xəstəliklər zamanı kömək olur. Qadınlar gün ərzində 1,1 qr, kişilər isə 1,6 qr omeqa-3 maddəsi almalıdırlar.

3. D vitamini


Bir çoxlarına məlum olduğu kimi, D vitamini əhvala çox güclü təsir edir. Onun çatışmazlığı insanın depressiyaya düşməsinə səbəb ola bilər.

Bədən D vitaminini günəş şüası vasitəsilə alır. Çatışmayan vitamin D miqdarını isə balıq yağı vasitəsilə təmin etmək olar.

4. B12 vitamini


Son bir neçə ildə sübut edilib ki, B12 qrup vitaminləri və fol turşusunun çatışmazlığı depressiya və bir sıra digər psixi problemlərə yol aça bilər.

5. Folat


Folat çatışmazlığı zamanı bir sıra psixi xəstəliklərə səbəb olan depressiya və neyrosimpatik əlamətlər meydana çıxa bilər. Folat maddəsinin mənbəyi brüssel kələmi, portağal, araxis, qaragöz lobya, adi lobya və bir sıra dənli bitkilərdir.

6. Yod


Yod elementi insan orqanizmində çox əhəmiyyətli rol oynayır. O qalxanabənzər vəzin normal fəaliyyətini təmin edir.

Yod çatışmazlığı zamanı bu vəz kifayət qədər hormon sintez edə bilmir. Nəticədə də tireoid hormonlarının qanda az olması səbəbindən psixi inkişaf və əhval-ruhiyyə pozğunluğu meydana çıxır. Yox defisiti uşaqların psixi inkişafdan qalmalarının ən əsas səbəbidir.

7. Zülallar


Bədən funksiyalarını normal yerinə yetirməsi və baş beynin normal inkişafı üçün amin turşularından ibarət olan zülüla ehtiyac duyur. Bir sıra təsrübələr göstərib ki, depressiya zamanı ənənəvi dərman müalicəsi ilə yanaşı amin turşuları ilə müalicə də effektiv təsir göstərə bilər.

8. Dəmir


Dəmir çatışmazlığı depressiyaya səbəb olur. Dəmir elementinin əsas mənbəyi qırmızı ət, quş əti, dəniz məhsullarıdır. 19-50 yaş arası kişilər gündəlik 8 mq 19-50 yaş arası qadınlar gündəlik 18 mq dəmirə ehtiyac duyurlar.

9. Selen


Araşdırmalara görə, selen elementinin çatışmaması da əhvala mənfi təsir edir. Selen reproduktiv orqanların və qalxanabənzər vəzin sağlamlığı üçün çox vacibdir. O, orqanizmi sərbəst radikallardan təmizləyir. Dəniz məhsulları, mal əti, quş əti, yumurta, süd məhsulları təbii selen mənbəyidir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar