Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölümcül virus yaya bilən yeni gənələr aşkar edilib

Tarix: 05-12-2018 08:26     Baxış: 4342 A- / A+
Ölümcül virus yaya bilən yeni gənələr aşkar edilib


ABŞ-da Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi "Haemaphуsalis longicornis" adı ilə də məşhur olan Şərqi Asiya gənəsinin sürətlə artması ilə əlaqədar hesabat dərc edib. Hörümçəyə oxşayan bu gənələr ölümcül təhlükəli virus və bakteriyaların mənbəyidir. Mütəxəssislər bildirilər ki, artıq 9 ştatda gənələrin bu növü qeydə alınıb.

Manevr.az Azərtac-a istinadən bildirir ki, Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin ekspertləri bu ekzotik paraziti ilk dəfə keçən il Nyu-Cersi ştatının ərazisində aşkar ediblər. O vaxt bir nəfər fermer 12 yaşlı qoyunu qırxarkən heyvanın bədənində yüzlərlə gənə görüb və bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin regional bölməsinə məlumat verib. Ekspertlər müəyyən ediblər ki, gənələrin bu növü adətən Şərqi Asiya, Yeni Zelandiya və Avstraliyada yayılır.

Keçənilki hadisədən sonra Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi gənələrin bu növünün ABŞ-da yayılması yerlərini aşkar etməyə çalışıblar. Tədqiqat nəticəsində məlum olub ki, uzunquyruq gənə artıq 9 ştatda - Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Virciniya, Şimali Karolina, Qərbi Virciniya, Konnektikut, Merilend və Arkanzas ştatlarında yayılıb. Yoluxmuş heyvanların və insanların ən yüksək faizi Nyu-Cersi (33 faiz), Qərbi Virciniya (20 faiz) və Virciniya (12 faiz) ştatlarında, habelə Vaşinqton yaxınlığındakı Feyrfaks dairəsində qeydə alınıb.

Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin mütəxəssisləri problemin lokallaşdırılması üzərində çalışır və potensial təhlükənin miqyasını qiymətləndirirlər. Onların sözlərinə görə, Şərqi Asiya paraziti gənə ensefaliti, SFTS virusu, babezioz və digər infeksiyaları yayır. Ekspertlər bildirirlər ki, dişi Şərqi Asiya gənəsi bir dəfəyə 2 minə yaxın yumurta qoya bilir. Bu gənələrin sürətlə yayılması qlobal iqlim dəyişiklikləri və istiləşmə ilə bağlıdır, çünki bu şərait gənələrin həyat qabiliyyətini artırır və onların çoxalmasına kömək edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar