Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qara ciyəri möhkəmləndirən VASİTƏLƏR

Tarix: 28-11-2018 13:28     Baxış: 3284 A- / A+
Qara ciyəri möhkəmləndirən VASİTƏLƏR


Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.


Manevr.az xəbər verir ki, qara ciyərin sağlamlığı bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır - sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan "səbəbsiz" baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.

Qara ciyəri sağlam saxlamaq və möhkəmləndirmək istəyən insan, təbii ki, siqaret və spirtli içkilərdən imtina etməli, sağlam qidalanma prinsiplərinə əməl etməli, dərman preparatları özbaşına yox, yalnız həkim təyin etdikdən sonra qəbul etməlidir, stres və həyəcanlamalardan uzaq olmalıdır. Qara ciyər digər həzm orqanları kimi qida qəbulları arasında uzun fasilələr "xoşlamır". Qidanı gün ərzində 4-5 dəfə olmaqla qəbul etmək lazımdır. Bu qara ciyəri artıq yükləmədən qoruyur.

Müəyyən vasitələr qara ciyərin təmizlənməsinə və möhkəmlənməsinə kömək edir. Bu vasitələrin arasında:

- Qara ciyər bu kimi məhsulları xoşlayır: balqabaq (şirə içmək, sıyıq bişirmək olar, balqabaq tumaları da xeyirlidir), yemiş, çuğundur, sitrus meyvələri (xüsusilə portağal), müxtəlif göyərtilər (xüsusilə kərəviz, cəfəri), süd məhsulları (xüsusilə kəsmik, pendir), müxtəlif sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarmaları). Sadaladığımız məhsulları daha tez-tez qəbul etmək lazımdır.

- Bal qara ciyər üçün xüsusilə xeyirlidir. Hər gün səhər tezdən 1 stəkan ilıq suya 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.

- Bəzi bitkilər qara ciyərin funksiyasını yaxşılaşdırır. Bu bitkilərin arasında: dağ tərxunu, qarğıdalı saçaqları, solmaz çiçəyi, itburnu, nanə və s. Bu otları həm tək-tək, həm də yığım şəklində istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın, sonra alınımış yığımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona bal da əlavə etmək olar.

- Kİfayyət miqdarda adi təmiz su qəbul edin. Bu orqanizmdən ziyanlı maddələrin çıxmasına kömək edir.

- Fiziki hərəkətlilik də qara ciyərin sağlamlığı üçün çox vacibdir. Yoqada qara ciyərin təmizlənməsi və möhkəmləndirilməsi üçün müxtəlif məşğələlər var. Açıq havada gəzintilər, üzgüçülük də çox xeyirlidir.

- Bəzi dərman preparatların qəbulu da qara ciyərin funksiyalarını yaxşılaşdırır (essensizle-forte, karsil və s.). Nəzərinizə çatdıraq ki, bu preparatları yalnız həkim təyin etdikdən sonra qəbul etmək olar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar