Xəbər lenti
Xərçəng diaqnozu qoyulan kimi bunları edin - Dünyaca məşhur professordan məsləhətlər
Amerikalı həkim Mark Hayman xərçəng diaqnozu qoyulacağı halda edilməli olduğu 5 qaydanı bölüşüb.
Manevr.az həmin qaydaları təqdim edir:
1.Şəkər, qənddən imtina
Şəkər xərçəng hüceyrələrini qidalandıran maddədir və onları artırır. İl ərzində orta statistik insan 70 kq şəkər yeyir. Əgər xərçənglə uğurlu mübarizə aparmaq istəyirsənsə, şəkər, qənd və şirin qidaları minimuma endirəcəksən.
2.Orqanizmə "düşməyən” qlütenli qidaları menyudan çıxarmaq
35 % amerikalılar qlütenə qarşı həssasdırlar. Amma onlar un məmulatı yeməkdən əl çəkmirlər. Nəticədə ya xərçəngdən, ya da infakrtdan ölürlər. Həmçinin süd də zərərli qidalar sırasındadır. Orqanizminin səsinə qulaq as. Hansı ərzağı yedikdən sonra özünü pis hiss edirsənsə, o ərzaqdan uzaq dur.
3.İltihabla mübarizə
İltihab, soyuqdəymə bütün xroniki xəstəliklər, həmçinin xərçəngə aparan yoldur. Adətən insulinə qarşı rezistentlik, autoimmun xəstəliklər və alllergiya ilə özünü biruzə verir. Əgər özünüzü çox yorğun, tükənmiş hiss edirsizsə, iltihabi proseslər varsa, Omeqa 3 qəbul edin. O sizi qaydaya salacaq.
4.Bağırsaqların qeydinə qalmaq
Çox alimlər bağırsaq xərçənginin səbəbini mikroblarda, bakteriyalarda görür. Ona görə bacardıqca çox probiotik və prebiotik – kefir, yoqurt yeyin. Eləcə də fitonutrientlər – giləmeyvə, kurkumin – sarıkök, resveratrol – üzümdə olur – qəbul edin. Bunlar bağırsağın iltihabi proseslərini azaldacaq.
5.Toksinlərdən qaçmaq
Bütün yenidoğulmuşlar dünyaya göbəyində 287 kimyəvi maddə ilə doğulur. Deməli, heç birimiz toksinlərdən qaça bilmərik. Amma onları azalda bilərik. İlk növbədə ftalatlar, bisfenol, antipiren, ağır metallar, civə, qurğuşundan qorunmaq lazımdır. Plastik butulda su, plastik qabda yemək almayın. Yarımfabrikatlar yeməyin. Şəhər mərkəzində çox olmayın. Meşədə, çöldə bacardıqca çox gəzin. Orqanizmdən toksinləri təmizləməyin yollarını sınayın./medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar