Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərə getməklə düzəlməyən xəstəliklər... - Ginekoloq qız analarına səsləndi

Tarix: 23-11-2018 13:18     Baxış: 3521 A- / A+
Ərə getməklə düzəlməyən xəstəliklər... - Ginekoloq qız analarına səsləndi

Dövrümüzdə ginekoloji problemlər çox yayılıb. Qadınlar ailə qurduqdan sonra bir reproduktiv orqanların qeyri-düzgün inkişafı, anadangəlmə xəstəliklər, infeksiyalarla və bir sıra digər problemlərlə mübarizə aparmalı olurlar. Sadalanan bütün bu hallar ana olmaqda çox ciddi problemlər yaradır. Buna görə də, ailə həyatı qurduqdan sonra meydana çıxan bu hallarla vaxtında mübarizə aparmaq lazımdır.

Ölkəmizdə bir sıra mühafizəkar düşüncəli insanlar milli mentaliteti əsas tutaraq qız uşaqlarının ailə qurmazdan əvvəl ginekoloqa apararaq müayinə etdirməyi düzgün hesab etmirlər. Qız uşaqlarının yetkinlik dövründə meydana çıxan açıq-aşkar bir sıra problemlərinin olmasına baxmayaraq "ərə getdikdən sonra düzələcək” deyə problemə qeyri-ciddi yanaşırlar.

Bəzən yetkinlik yaşında olan qız uşaqlarının həddən artıq kökəldiyini, üzünün və bədəninin bir çox yerlərinin anormal şəkildə tükləndiyini, üz nahiyyədə sızanaqların əmələ gəldiyini görə bilərik. Bu vəziyyət hansısa düzgün getməyən bir prosesin və inkişafın göstəricisidir. Ancaq analar bu hala bəzən etinasızlıqla yanaşaraq, öz övladlarını vaxtında həkimə müayinə etdirməkdən imtina edirlər. Bu isə inkişafda olan qadın orqanizmində düzgün getməyən proseslərə vaxtında müdaxilə edərək gələcəkdə meydana çıxacaq fəsadların qarşısını almaq üçün şansı əldən vermək hesab oluna bilər.
Manevr.az medicina.az-a istinadən ginekoloq Ləman Əliyevanın bu problemlə bağlı açıqlamasını təqdim edir:

- Ləman xanım, qız uşaqlarının yetkinlik dövrlərində ginekoloqa müraciət etmələri gələcəkdə nə kimi fəsadların qarşısını ala bilər?

- Qızlarda həddi buluğ yaşlarında reproduktiv orqanların inkişafı sürətlənir. Bədənin hormonal fonunun dəyişməsi ilə əlaqədar olaraq onların süd vəziləri inkişaf edir, yumurtalıqlarda yumurta hüceyrənin yetişməsi ilə əlaqədar olaraq aybaşı tsikli başlayır. Həddi-buluğa çatan qızlarda düzənli olaraq aybaay aybaşı aktı baş verməlidir. Ancaq bəzən elə olur ki, ilk aylar aybaşı düzənli olmur və gecikmələr müşahidə olunur. Bu, əslində, təhlükəli sayılmır, bir neçə müddətdən sonra normaya düşməsi mümkündür. Amma bu müddət uzanarsa, o zaman həkimə müraciət etmək məsləhətdir. Bu zaman qız uşaqlarının orqanizmində qeyri-təbii əlamətlər, anormal çəki artımı, həddən artıq uzun və qısa boy, saç tökülməsi, tüklənmə, üzün sızanaqlarla örtülməsi kimi hallara rast gəlmək mümkündür. Buna görə də belə hallar yaşandıqda qız anaları vəziyyətə biganə qalmamalı, uşaqları gec olmadan ginekoloqa gətirməlidirlər.

Həkim belə qız uşaqlarını əvvəlcə USM vasitəsilə müayinə edərək reproduktiv orqanların inkişafının gedişatını izləməlidirlər. Bu orqanların quruluşunda olan hər hansı bir narahatlıq USM vasitəsilə dərhal müəyyən edilir. Çox zaman qız uşaqlarında yumurtalıqların və uşaqlığın, eləcə də boruların inkişafdan qaldığını görmək olur. Vaxtında təyin edilən problem isə gələcəkdə bir qadının ana olmasına şans vermək deməkdir. Bundan əlavə qız uşağında yaranan hormonal problemlərin də analizlər vasitəsilə vaxtında müəyyən edilməsi də mümkündür.
Ərə getməklə düzəlməyən xəstəliklər... - Ginekoloq qız analarına səsləndi


- Bəs qız uşaqlarında sadalanan əlamətlər müşahidə olunarsa, o zaman hansı analizlər tələb olunur?

- Əsasən aybaşı pozulmaları zamanı FSH (follikulstimullaşdırıcı hormon), LH (lyüteyinləşdirici hormon) analizləri təyin edilir. Bu hormon qadın orqanizmində ovulyasiya və sarı cismin əmələ gəlməsini təmin edir. Estradiol hormonu ən çox aktiv olan qadın cinsi hormonudur. Estradiol hormonu qadınlarda cinsi sistemin qadın tipi üzrə inkişaf etməsini, ikincili qadın cinsi əlamətlərinin inkişafını, aybaşı funksiyasının baş tutması və tənzimlənməsini, dərialtı piy toxumasının qadın tipi üzrə formalaşmasını, yumurta hüceyrəsinin inkişafını, hamiləlik dövründə uşaqlığın böyüməsi və inkişaf etməsini, qadının emosional sahəsinə aid olan xüsusiyyətlərin formalaşmasını təmin edir. Bundan əlavə Androgen (kişi cinsi) hormonlar da analiz edilməlidir. Belə ki, qadın cinsi hormonlarından əlavə qadın orqanizmi, həmçinin kişi cinsi hormonları (androgenlər) da hazırlayır. Lakin qadın orqanizmi tərəfindən hazırlanan androgen hormonların miqdarı, kişi orqanizmi tərəfindən hazırlanan hormonların miqdarından, xeyli az olur.

Qadınların qanında androgenlərin artması, onların qollarında, ayaqlarında, qarın nahiyəsində, üz nahiyəsində (əksər hallarda dodaqüstü sahədə), döş gilələri ətrafında tük örtüyünün artması, dəridə müxtəlif pozğunluqlara səbəb olur (çöxlu civzə-sızanaqlı səpkilər). Androgenlərin səviyyəsinin qanda uzun müddət ərzində yüksək olması qadının bədən quruluşunun, kişilərə məxsus bədən quruluşu alması ilə (ensiz çanaq, enli çiyinlər, inkişaf etmiş əzələ sistemi və s.) nəticələnə bilər. Qadınlarda androgenlərin səviyyəsinin yüksək olması onlarda sonsuzluğa və ya öz-özünə uşaqsalmaya da səbəb ola bilər.

Həmçinin qalxanvari vəzinin hormonları– tiroksin (T4), triyodtironin (T3) və TSH - tireotrop analizləri də vacibdir. Bu hormonlar yumurtalıqların funksiyalarının tənzimlənməsində müəyyən rol oynayırlar.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar