Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Çinli alimlərdən MÜKƏMMƏL TÖVSİYƏ

Tarix: 22-11-2018 13:42     Baxış: 3279 A- / A+
Çinli alimlərdən MÜKƏMMƏL TÖVSİYƏ

Çinli alimlər deyir ki, qan dövranı birbaşa meridianlar və kanalların keçirmə qabiliyyətiylə bağlıdır. İnsanın hər bir əlində 6 meridian yerləşir:


Manevr.az
publika.az-a istinadən xəbər verir ki, çinli təbiblərin sözlərinə əsasən, boyun fəqərələri və ürəklə problemləri sadə hərəkətlə aradan qaldırmaq mümkündür.
Baş barmaq - ağciyər kanallarına cavab verir.

Şəhadət barmağı - yoğun bağırsaqlarla bağlıdır.

Orta barmaq - ürək kisəsi (perikard) kanalına cavabdehdir.

Adsız barmaq - üçlü qızdırıcısı (Çin təbabətində bu tip orqanların və onların müvafiq meridianlarının üçlü qızdırıcısı və perikard kimi bir anlayışı var.)

Çeçələ barmaq - bu kanal həmişə ürəyin işinə cavabdehdir.

Ovucun arxa tərəfi - belin vəziyyətinə cavabdeh olan meridiandır.

1. Biləyi əvvəlcə sağa, sonra sola doğru istiqamətləndirərək hərəkət etdirin. Bu hərəkəti 150 dəfə təkrar edin. Boyun və bel ağrıları zamanı bu hərəkəti gündə bir neçə dəfə fasiləsiz olaraq təkrarlamaq lazımdır. Yadda saxlayın ki, səhhətinizlə bağlı istənilən çətinlik birbaşa ürək və həzm sisteminin fəaliyyətindəki problemlərdən xəbər verir.

2. Əgər bel və boyun ağrıları sakitləşmirsə, dirsəkdən bir neçə sm yuxarıdakı nöqtəyə 150 dəfə toxunun. Eyni hərəkəti digər əlinizdə də yerinə yetirin. Əgər bu manipulyasiya zamanı kəskin ağrı hiss edirsinizsə, ürək problemləriniz olduğu aydındır.

3. Oturaq vəziyyətdə çox qaldıqda kürək əyilir. Bunu üçün hər iki əlinizi yumruqlayıb X şəklində bir-birinə vurun və dərhal rahatlaşın.

İnsanın hər ayağında 6 meridian var. Ayaqlarda qan dövranını yaxşılaşdırmaq üçün oturun, ayaqları yüngülcə yuxarı qaldırın və hər iki ayağı biləkdən əvvəlcə sağa, sonra isə sola doğru döndürməyə başlayın. Bu üsul sayəsində ayaqlarda qan dövranı sürətlənəcək. Hərəkəti səhər yuxudan duranda yataqdan qalxmazdan əvvəl etməyə çalışın.

Çinli həkimlər iddia edir ki, bu sadə hərəkətlər qan dövranının pozulması nəticəsində yaranan ən ağır xəstəliklərdən qoruyur, ağrılardan xilas edir, bədəninin tonusunu artırır, ən nəhayət, əhval-ruhiyyəni yüksəldir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar