Xəbər lenti
Alimlərdən xərçənglə bağlı İNANILMAZ KƏŞF İNANILMAZ KƏŞF
Viski insan sağlamlığı üçün faydalı ola bilər. İsrail alimləri bildirirlər ki, onun istifadəsi onkoloji xəstəliklərin inkişafının aşağı düşməsinə kömək edir.
Manevr.az xəbər verir ki, yəhudi alimlər viskinin bir çox xəstəliyin müalicəsində faydalı olduğu qənaətinə gəlib.
Viskidə bir çox meyvənin tərkibində olan ellaqova turşusu var. Bu maddə əsl antioksidantdır, o bədənin hüceyrələrini stress vaxtı istehsal edilən zərərli molekullardan qoruya bilir. Bu isə mutasiyalar və şiş hüceyrələrinin degenerasiyasına gətirib çıxarır.
Bundan başqa, az viski istifadəsi orqanizmin yaş demensiyasına (Demensiya (lat. dementia - ağılsızlıq) - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) qarşı müdafiəsini gücləndirir.
İsrailin "Beth Israel Deaconess" tibb mərkəzinin mütəxəssisləri tədqiqat nəticəsində öyrənib ki, yaş demensiyası xəstəliyinin inkişafı ehtimalı spritli içki içməyənlərdə daha yüksəkdir. İçki qəbul edənlər onlarla müqayisədə daha şanslıdır.
Bir çox alimlərin fikrincə, viski miokard sağlamlığını saxlamağa qadir olan alkoqollu içkilərə aiddir. Tərkibindəki antioksidantlar sayəsində qanda "pis" xolesterinin səviyyəsi azalır və "yaxşı"lar isə artır.
Yeri gəlmişkən, antioksidantlar mütəxəssislərə deməyə imkan verir ki, o ömrü uzadan faydalı içkidir. Bundan başqa, viski diabet xəstələri üçün təhlükəsiz sayılır. Çünki tərkibinə az şəkər və karbohidratlar daxildir. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar