Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Asqırmaq haqda maraqlı faktlar...

Tarix: 19-11-2018 13:54     Baxış: 2276 A- / A+
 Asqırmaq haqda maraqlı faktlar...


Asqırmaq - insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.


Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq haqda bir sıra maraqlı faktları təqdim edirik:

1. Asqırmağa ən çox səbəb olan əlamətlər;

- Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.

- Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, çirkli hava və s.

- Burunda poliplər.

- Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.

- Bəzi hallarda fiziki yüklənmə hallarında, hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun yolu və ağız quruduqda.

- Gözlərin parlaq işıqdan qıcıqlanmas( əsasən günəş işığından)

- Soyuq havalarda, asqırmaq adətən soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı.

- Həmçinin hamiləlik zamanı baş verir ki, buna səbəb hormonal dəyişikliklərdir.

2. Asqırmanın mərkəzi - uzunsov beyin sayılır. Uzunsov beyin həmçinin, öskürmə, qusma, göz yaşının ifraz olunması və göz qırpması kimi müdafiə reflekslərinin mərkəzidir. Beyinin bu hissəsi zədələndikdə, bu refleksləri itirmək mümkündür.

3. Asqırmaq, anadangəlmə refleks olduğuna görə, başladıqda onu dayandırmaq mümkün deyil. Proses qeyri ixtiyari başlayıb, heç bir kontrola tabe olmur.

4
. Asqırmanı saxlmaq ziyandır. Burunu sıxıb, ağzınızı bağlayaraq, asqırmanı saxladıqda, siz, qulaq pərdəsini zədələmə təhlükəsi yaradırsınız. Çünki təzyiq burun- udlaqla orta qulağı birləşdirən, Evstaxiev borusuna yönlənir. Bu prosesi saxladıqda, qan damarlarının partlaması, burundan qan axma, baş ağrısı, bəzi hallarda görmə qabiliyyətini itirmə kimi hallara rast gəlinir. Bundan əlavə asqırma zamanı orqanizm mikrob və allergenlərdən azad olur.

5. Yuxuda asqırmamağımızın səbəbi odur ki, asqırmağa cavab verən sinirlər də bu zaman istirahət edir.

6. Asqırma zamanı nə baş verir? İlk olaraq, qıcıqlanma baş verir, dərin nəfəs alınır, ciyərlər hava ilə dolur, asqırma zamanı gözlər və səs bağları qapanır, qabırğarası əzələlər, diafraqma, udlaq əzələləri və qarın əzələləri yığılır,döşdaxili təzyiq kəski n artır və nəhayət səs bağları açılaraq, burun- udlağın açılması ilə kəskin nəfəs vermə baş verir.

7. Asqırma zamanı havaya 100000 mikroorqanizm atılır. İnsan asqırdıqda burun və ağzını tutmadıqda ətrafında olan 150 insana bakteriya ötürə bilər.

8.
Sonda isə bu təbii bir refleks olduğuna görə, aydın olur ki nahaq yerə baş vermir. Bu proses orqanizmi qoruyur və immun prosesin əsasını təşkil edir. Asqırmaq, yuxarı tənəffüs yollarından bakteriyalar və yad cisimlərin qovulmasını təmin edərək, sağlamlığımızı qoruyur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar