Xəbər lenti
Dar paltarlar bu xəstəliklərə səbəb olur – XANIMLARIN DİQQƏTİNƏ
Bəzən dəb, bəzən də sırf özümüzə yaraşdırdığımız üçün dar ətəklər, köynəklər, şalvarlar geyinirik. Ancaq mütəxəssislər dar paltarların ciddi sağlıq problemlərinə səbəb olduğuna dair xəbərdarlıq edir.
Qan dövranını əngəlləyir
Paltarlar ayaqları və ya beli çox sıxanda ürək qan dövranını təmin etmək üçün daha çox işləməyə məcbur olur. Ayaq və qıçlarınızda qan dövranı çox əhəmiyyətlidir, çünki ayaqlarınızın şişməsini önləyir. Qan dövranının olmaması isə sağlamlığınız üçün təhlükəlidir. Özünüzü yorğun və halsız hiss etməyinizə səbəb ola bilər.
Selülitləri çoxaldır
Selülit qadınların ən çox qorxduğu bir haldır. Dar paltarlar selülit yaranmasına meylli olan dərilərdə selülitlərin dərinləşməsinə və daha çox yayılmasına səbəb olur.
Hüceyrə oksidləşməsinə səbəb olur, yaşlandırır
Dar paltarlardan qaynaqlanan ağciyərlər və nəfəs borusundakı təzyiq düzgün nəfəs almağınızı əngəlləyə bilər. Sinə nahiyənizdəki hava dövranı kifayət qədər təmin olunmadığında, hüceyrələrin oksidləşməsi sürətlənə bilər. Bu da erkən yaşlanmaya səbəb olar.
Bel ağrısına səbəb olur
Məsələn, dar cins və ya hər hansı bir sərt parçalı paltar geyindiyinizdə ayaqlarınız sıxılır və normalda dəstəklədiyi bədənin ağırlığını daşımaqda çətinlik çəkər. Qol və ayaqlarınızın hərəkət müstəqilliyi olmazsa, günü ağrı hissi ilə bitirə bilərsiniz.
Vagina göbələyi
Paltarların bədənə çox yaxın olması istilik və nəm səviyyəsini artırır. Genital nahiyədə dar paltarlar göbələk və bakteriyaların yaranmasını çoxaldır. Bu, pis qoxu və ya maya infeksiyaları kimi problemlərə səbəb ola bilər.
Kökəlməyinizə səbəb olar
Bağırsaqları sıxan, mədəyə təzyiq edən paltarlar metabolizma sürətinizin azalmasına səbəb olur. Metabolizmanın sürətinin azalması isə qarşıda artıq çəki almağınızı qaçılmaz edir./milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar