Xəbər lenti
Xərçənglə bağlı Amerikanın məşhur alimindən vacib xəbərdarlıq
Funksional tibb Mərkəzinin rəhbəri, ABŞ-ın tanınmış tibb doktoru, Klivlend klinikasında çalışan dünya şöhrətli onkoloq Mark Hayman xərçəng xəstəliyi ilə bağlı vacib tövsiyələr verib.
“Mark, sənə xərçəng diaqnozu qoyulsaydı nə edərdin?” – deyə dostum bir dəfə mənə belə bir sual verdi.
Təəssüf ki, xərçənglə mən həyatda çox tez-tez rastlaşıram. Bu, həm ailə üzvlərimdə, həm də xəstələrdə rast gəlinib. Problem ondadır ki, iş onkologiyaya gəlincə ənənəvi tibb səhv və köhnə kateqoriyalarda düşünür.
Biz şişləri kimyəvi üsulla yandırır, cərrahi yolla kəsir, radiasiya ilə işığa verir və narkotiklərlə topa tuturuq, amma xərçəngin tam müalicəsi hələ də mümkün deyil. Xoşbəxtlikdən, alternativimiz var. Bu, “xərçəngə funksional tibbi yanaşmadır”.
Funksional tibb mütəxəssislərə və xəstələrə imkan verir ki, şişlər üzərində birgə iş aparsın, xəstəliyin səbəblərini araşdırsın və onları kökündən aradan qaldırsın. Bu, yeni xəstəliklərin diaqnozu və müalicəsinin yeni bir fərdi modelidir.
Mahiyyəti sadədir: Siz genetik analiz üçün nümunələr verirsiniz, həkimlər sizin hansı xroniki xəstəliklərə doğru meyil etdiyinizi və onlardan qaçmaq üçün nə etmək lazım olduğunu söyləyir.
Bu sahədə mütəxəssislərin əksəriyyətinin fikirləri uzlaşır. Onlar xərçəngin orqanizmin enerji sistemindəki disbalans səbəbindən yaranması barədə həmfikirdir. Xəstəlik “tədricən” yaranır, ona görə adamların çoxu şişlərlə yaşayır, hətta bu barədə şübhələnmirlər də.
Başqa sözlə desək, xərçəng – səhv həyat tərzinin nəticəsidir!
Nə etməli? Əlbəttə ki, onu dəyişməli. Bu, bir tərəfdən onkologiyanın gözəl profilaktikası ola bilərdi. Digər tərəfdən, bəzi xəstələr yeni həyat tərzinin onları dəyişdirəcəyini və şişlərdən xilas olacağını gözləyə bilər. Axı məlumdur ki, orqanizmin immun sistemi müəyyən şəraitdə xərçəng hüceyrələrini aşkarlaya və onları məhv edə bilər!
Şəkərdən imtina edərdim!
Şəkər xərçəng hüceyrələrini qidalandırır və onların inkişafına xidmət edir. Orta amerikalı il ərzində 69 kiloqram qənd və 66 kq qənnadı məhsulları yeyir! Eyni hal dünyada da baş verir, 1,7 milyard insan piylənmədən əziyyət çəkir!
Əgər siz xərçəngin inkişafının qarşısını almaq və ya heç olmasa onu nəzarətdə saxlamaq istəyirsinizsə, insulinin səviyyəsini normada saxlayan pəhrizlərə riayət etməlisiniz. Bunun üçün sellülozla zəngin məhsullar, işlənmiş və şirniyyat məhsullarını minimuma endirmək lazımdır. Beləcə siz özünüzü qidalandırırsınız, amma xərçəng hüceyrələrini “qidadan” məhrum etmiş olacaqsınız.
Qida rasionundan səhhətimə pis təsir edən bütün məhsulları çıxardardım!
Nədir bu məhsullar? Hamıda fərqlidir. Amerika Tibb Assosiasiyasının jurnalında dərc edilmiş tədqiqatda göstərilib ki, amerikalıların 35% -i qlütenə qarşı yüksək həssaslıqdan əziyyət çəkir. Əgər belə insanlar hər gün çörək yesə, onda onlar gec-tez ürək xəstəliklərdən və ya xərçəngdən öləcəklər.
Süd məhsulları da ərzaq allergiyası üçün məşhur triqqerdir. Üstəlik onlar insulin müqaviməti ilə bağlıdır. Əgər belə insanlar daim süd içirlərsə, bu, stress, işdə yorğunluğa və ya özünü pis hiss etməsinə gətirib çıxar, nəticədə bağırsaqların iltihablanması çox ciddi problemlərə səbəb olacaq.
Özünüzə qulaq asın. Əgər xoşunuza gələn hər hansı yeməkdən sonra özünüzü pis hiss etməyə başlayırsınızsa, ondan imtina edin!
Orqanizmdə gedən iltihablı proseslərin qeydinə qalardım
İltihab – xərçəng də daxil olmaqla, bütün ciddi xroniki xəstəliklərə doğru gedən yoldur. Onlar adətən sizdə insulinə qarşı müqavimət, autoimmun xəstəlikləri və ya allergiya inkişaf etdiyi vaxt başlanır.
Əgər özünüzü yorğun və əzgin hiss edirsinizsə, Omeqa-3-lə zəngin qidalara üstünlük verin. Onların ən yaxşı mənbələri: Qırmızı balıq və kətan toxumudur. Onlar iltihabi proseslərinin öhdəsindən gəlmək üçün orqanizmə kömək edəcək.
Bağırsaq sağlamlığını qoruyardım!
Burada söhbət sadəcə yoğun bağırsağın xərçənginin inkişafı riski haqqında getmir. Hazırda bir çox alimlər yoğun bağırsaq mikrobiomasının xərçəngə səbəb ola biləcəyi fərziyyəsini fəal şəkildə test edirlər. Başqa sözlə, səbəb bağırsaqlarda yaşayan bakteriyalarda gizlənə bilər.
Nə etməli? Probiotik və prebiotik məhsullardan mümkün qədər çox istifadə etmək lazımdır. Bu, qatıq, yoqurt ola bilər. Bu baxımdan sizin üçün sarıkök, meşə giləmeyvələri, şərab və üzüm də çox faydalıdır. Bu, qarın iltihabi proseslərini ləngitməyə kömək edir.
Toksinlərdən qaçardım!
Körpə dünyaya göbək ciyəsində 287 kimyəvi maddə ilə doğulur. Onlardan bəziləri neyrotoksikdir. Bu, o deməkdir ki, heç birimiz zəhərlərin pis təsirlərindən tam qaça bilmrik.
Amma onu azaltmaq olar! İlk növbədə, pestisidlər, ftalatlar, bisfenol A, ağır metallardan (civə və qurğuşun) uzaq durmaq lazımdır.
Bəs necə? Plastik qablarda içkilər almayın. Mürəkkəb yarımfabrikatlar yeməyin. Böyük şəhərlərin mərkəzlərində gəzməyin: Tıxaclarda duran avtomobillərdən atmosferə daxil olan qurğuşun konsentrasiyası normaldan daha yüksək olduqda çox təhlükəlidir.
Və unutmayın: Xərçəng hökm deyil. Əgər kifayət qədər səy göstərsəniz, xəstəliyə qalib gəlmək mümkün olar. Sizin vəzifəniz sadəcə həkimlərə etibar etməkdən ibarət deyil, başlıcası özünüzə güvənməyi öyrənin. Yaşamaq şanslarını artırmaq üçün əlinizdən gələni edin!(publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar