Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mütləq Oxuyun! ƏL-AYAĞIMIZ NİYƏ “BUZ KİMİ” OLUR? - Ağır xəstəliklərin soyuq mesajı

Tarix: 12-11-2018 21:11     Baxış: 3391 A- / A+
Mütləq Oxuyun! ƏL-AYAĞIMIZ NİYƏ “BUZ KİMİ” OLUR? - Ağır xəstəliklərin soyuq mesajı

İnsanın əllərinin və ayaqlarının soyuq olması əslində normal bir haldır. Bu isə ürəyin öncə beyin və ağciyər kimi həyati əhəmiyyətli orqanları qanla təchiz etməsindən irəli gəlir. Bu səbəbdən də barmaqlarımız çox vaxt soyuq olur. Amma "barmaqlarım sanki buzdur” deyirsinizsə, bu, ciddi problemlərin xəbərçisi ola bilər.

Manevr.az əllərin və ayaqların hansı səbəblərdən "buz kimi soyuq” olmasıi haqqında araşdırmanın nəticələrini təqdim edir:

1. Raynaud sindromu – soyuq barmaqlar bu xəstəliyin əlaməti ola bilər. Əsasən əl barmaqlarında, burun və qulaqda qan dövranının pozulması ilə meydana çıxır. Qan dövranının pozulması nəticəsində ən əvvəl orqan avazıyır, sonra isə qızararaq yanma hissə verir. Bununla yanaşı ağrı və gicişmə hissi də yaradır.

2. Autoimmun pozğunluqlar – orqanizmin öz toxumalarına qarşı yaratdığı müdafiə funksiyasının yaratdığı bir xəstəlikdir. Bəzən immun sistemi orqanizmin normal komponentlərini "yad” hesab edərək onlara qarşı müdafiə sistemi – avtoantikor yaradır. Xəstəlik nəticəsində bədəndə iltihab yarana və bir sıra funksiya pozulmalarına yol aça bilər.

3. Hipotiroid – tiroid vəzinin lazımı miqdarda hormon yaratmaması nəticəsində yaranan xəstəlikdir. Yod əskikliyi bu xəstəliyin ən yayılmış səbəblərindən biridir. Qalxanabənzər vəz lazımi miqdarda hormon ifraz etmədikdə orqan və toxumalara yetərli miqdarda qan çatdırılmır.

4. Qan dövranının pozulması – sağlam bir orqanizm üçün qan dövranının normal olması vacibdir. Məhz bunun sayəsində orqan və toxumalar davamlı olaraq oksigen və qida maddələri ilə təmin olunur. Qan dövranının pozulması bir çox digər xəstəliklərə də səbəb ola bilər.

5. Qan azlığı (anemiya) – qanda olan qırmızı qan kürəciklərinin (eritrositlər) tərkibində oksigen daşınmasını və qan hüceyrələrinin qırmızı olmasını təmin edən hemoqlobin yerləşir. Nəfəs alarkən oksigen hemoqlobinə birləşərək hüceyrələrə ötürülür. Hemoqlobinin əskikliyi isə bundan əlavə halsızlıq, yorğunluq, iştahsızlıq kimi özünü büruzə verir.

6. B12 vitamininin əskikliyi - ət, yumurta, süd və digər ərzaq məhsullarında rast gəlinən bu vitamin qırmızı qan kürəciklərinin yaranmasında əhəmiyyətli rol oynayır. Bu vitaminin çatışmazlığı əsasən qırmızı sümük iliyində qan hüceyrələrinin yaranması prosesinə mənfi təsir edir.

7. Qan təzyiqi - qan təzyiqi aşağı olduğu zaman orqanizmin qoruyucu funksiyasının sayəsində qan daha vacib orqanlara ötürülür. Belə olan halda, əl barmaqlarına soyumasından əlavə bulanıq görmə, ürək bulantısı, halsızlıq kimi əlamətlər də müşahidə edilə bilər.

Bütün sadalananlardan əlavə stress və həyəcan, gündəlik dərman qəbulu, siqaret istifadəsi də haqqında danışılan narahatlığa yol aça bilər./medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar