Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Stresdən azad olmağın asan yolları

Tarix: 11-11-2018 21:05     Baxış: 2295 A- / A+
Stresdən azad olmağın asan yolları

Alimlər stressi insanın sağlamlığı üçün ən ziyanlı amillərdən biri kimi qiymətləndirirlər.

Manevr.az xəbər verir ki, uzunmüddətli stress orqanizmə məhvedici təsir edir. Stress ürək-damar, sinir, mədə-bağırsaq, endokrin kimi orqanizmin əsas sistemlərinə çox mənfi təsir edir, orqanizmdə olan tarazlığı pozur.

Bu səbəbdən streslə mütləq mübarizə aparmaq lazımdır. Bunun üçün aşağıdakı üsullar köməyinizə gələ bilər:
1. Saqqız çeynəyin. Alimlər sübut edirlər ki, çeynəmə hərəkətləri stressin azalmasına kömək edir.

2. Musiqiyə qulaq asın. Yeniyetmələr arasında aparılmış araşdırmalar sübut edib ki, musiqi stresin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir.

3. Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stresin azalmasına kömək edir.

4.Düzgün nəfəs alın. Stress zamanı insan tez-tez qeyri-sabit nəfəs alır. Bu da həyəcanı, qorxunu, stresi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın. Döş qəfəsinin hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.

5. Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edə bilərlər ki, stress zamanı ev işləri ilə məşğul olduqda stresin azalmasını hiss edirlər. Kişilər bu məqsədlə idman zalına gedə bilərlər./axşam.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar