Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Meyvə şirələri və onların xeyirləri

Tarix: 11-11-2018 12:09     Baxış: 3251 A- / A+
Meyvə şirələri və onların xeyirləri

Meyvə şirələri orqanizm üçün meyvənin özündən daha faydalıdır. Belə ki, şirələr daha tez, bir neçə dəqiqəyə həzm olunur və həzmetmə sistemi yüklənmir.

Manevr.az qida maddələri ilə zəngin olan şirələrin faydalarını sizə təqdim edir:

Alma şirəsi:
Qanazlığına, böyrəklərdən daşların düşməsinə kömək edən alma şirəsində minimal miqdarda kalori və çox miqdarda dəmir var. Almanın tərkibində orqanizmi şlaqlardan təmizləyən pektin maddələri olduğundan pəhriz saxlayanlara və fitneslə məşğul olanlara məsləhətdir. Tənəffüs orqanlarının işinin yaxşılaşması üçün gündə stəkan yarım alma şirəsi içilməlidir. Alma şirəsi kök, çuğundur və portağal şirəsi ilə qarışdırıldıqda daha da faydalı olur.

Armud şirəsi:
Qan dövranı sistemi və böyrək problemi olanlara məsləhət görülən armud şirəsi əla sidikqovucu təsirə malikdir. Bu şirədə bağırsaq və həzmetmə sisteminin işini yaxşılaşdıran pektin birləşməsi var. Armud şirəsi piylənmədən əziyyət çəkənlərə məsləhətdir, belə ki, o, həzmetməni tənzimləyir, antiseptik, antibakterial və ağrıkəsici təsirə malikdir.

Portağal şirəsi:
Portağal şirəsi vitamin C mənbəyidir, ona görə bu şirəni əsasən ilin soyuq aylarında soyuqdəymənin müalicəsi və prafilaktikası məqsədilə içirlər. Portağal avitaminoz problemi olan insanlara da çox faydalıdır. Bu şirə tonusu artırır, yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir. Həkimlər portağal şirəsini böyrək xəstəlikləri, ateroskleroz və hipertoniya zamanı içməyi məsləhət görürlər. Bu şirəni mədə xorası, onikibarmaq bağırsaq, bağırsaq pozğunluğu və qastrit zamanı içmək olmaz.

Ananas şirəsi:
Ananas şirəsi bromelayn adlanan təbii maddə ilə zəngindir ki, bu da piyləri əridir və orqanizmi cavanlaşdırır. Bu şirə, həmçinin angina və böyrək müalicəsi, stress və üşütmə zamanı faydalıdır. O, mədəaltı vəzinin işinə yaxşı təsir edir, orqanizmdən mayeni çıxarır ki, bu da sellülitin prafilaktikasına kömək edir. Ananas şirəsi ayaq şişkinliyi və tromboz zamanı da məsləhət görülür. Bu şirəni içə-içə rahat arıqlaya bilərsiniz.

Qreypfrut şirəsi:
Bir qreypfrut ilə gündəlik vitamin C ehtiyatınızı ödəyəcəksiniz. Qreypfrut stresin müalicəsi üçün təbii həbdir. Həzmetmə sistemində problemi olanlara bu şirəni içmək məsləhətdir. Yeni sıxılmış şirə qan təzyiqi və böyrək pozğunluğu zamanı içilməlidir. Həmçinin iştahasızlıq, yuxusuzluq, yorğunluq problemini də aradan qaldırır. Qreypfrutda çoxlu vitamin, az kalori olduğundan müxtəlif pəhrizlər üçün əvəzolunmazdır.

Nar şirəsi:
Nar şirəsi hemoqlobini artıran müxtəlif təbii maddələr arasında birincidir. O, orqanizm tərəfindən rahat həzm olunur, iştahanı artırır və mədə fəaliyyətini nizama salır. O, sidikqovucu, antiseptik, ağrıkəsici vasitədir. Mədə xəstəliklərində nar şirəsini içmək olmaz. Ümumiyyətlə, nar şirəsini su ilə qarışdırıb içmək məsləhətdir. Nar şirəsi insann radiasiyaya qarşı müqavimətini artırdığından hazırda çox populyardır.

Şirəni sıxılan kimi içmək lazımdır, 10 dəqiqədən sonra faydalı xüsusiyyəti itəcək.

Şirə və nektar - fərq nədədir?
1. Şirə meyvə və tərəvəzlərdən birbaşa sıxma yolu ilə alınan təbii məhsuldur. Onun tərkibində konservant, rəngləyici, dadverici maddələr olmur. Dadverici kimi meyvə və giləmeyvələrdən alınan təbii maddələrdən istifadə olunur. Belə şirənin qiyməti baha olur.

2. Nektar 25-50% təbii şirədən, qalan hissə isə su, şəkər və baldan ibarətdir. Amma düşünməyin ki, nektar təbii şirədən pisdir. Axı albalı və qarağatın şirəsi çox turş olduğundan onu içmək olmur. Ona görə nektarı su ilə qarışdırmalı olurlar. Unutmayın ki, nektarda meyvənin vitamini qalır, ona görə onu içmək məsləhətdir.

3. Şirətərkibli içkidə təbii şirə cəmi 10-40% olur. Şəkər və limon turşusundan başqa, tərkibində süni dadverici, rəngverici, şəkər əvəzedicisi, qida əlavələri olur. Belə içki susuzluğunuzu yatırsa da, tərkibində vitamin yoxdur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar