Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Armudun müalicəvi xüsusiyyətlərindən siz də xəbərdar olun

Tarix: 10-11-2018 17:13     Baxış: 3416 A- / A+
Armudun müalicəvi xüsusiyyətlərindən siz də xəbərdar olun

Armud eramızdan üç min əvvəl yetişdirilməyə başlanılıb və şumer həkimləri onu müalicə məqsədilə tətbiq ediblər.
Homerin "Odisseya" əsərində armud haqqında xatırlatma verilir. Hətta qədimdə rus kəndliləri armudu qurudur, onu toz halına salaraq şirin kökə bişirirdilər.

Manevr.az bildirir ki, armud orqanizmə möhkəmləndirici, sidikqovucu, dezinfeksiyaedici, qızdırmasalıcı, öskürək və iltihab əleyhinə təsir göstərir. Bu məqsədlə bitkinin nəinki təzə, həmçinin quru meyvələri və şirəsindən də istifadə edilir. Şəkərli diabet xəstələrinə onu müalicəvi qida kimi verirlər. Tər yarpaqlarında fungisit təsir göstərən maddələr var.

Armud mədəaltı vəzin fəaliyyətinin pozulması zamanı tətbiq edilir. Tərkibinə daxil olan unikal efir yağları və bioloji aktiv maddələrin hesabına immun sistemin müqavimətini artırır, infeksiyalara dayanıqlığı təmin edir. Armud xroniki yorğunluqda, başgicəllənmədə, taxikardiyada, ağır fiziki yüklənmədə, iştaha pozulanda, yaraların sağalması, həm də anemiya zamanı geniş istifadə olunur.

Meyvənin tərkibindəki üzvi turşular həzmə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır, qaraciyər və böyrəklərin fəaliyyətini stimullaşdırır. Prostatitin müalicəsində də çox yaxşı səmərə verir. Armudu acqarına, ət yeməklərindən əvvəl və ya su ilə birlikdə yemək məsləhət deyil.

Armudun növlərindən olan quşarmudu avitaminozların, xüsusilə sınqanın müalicəsi və profilaktikasında istifadə edilir. Tərkibindəki karotinin miqdarına görə hətta bəzi kök sortlarını da üstələyir. Təzə dərilmiş kal quşarmudu ishal əleyhinə təsirə malikdir. İshala meyillik olanda isə quşarmudunun meyvələrindən istifadə etmək olmaz. Tərkibində sorbit olduğuna görə vərəmin yüngül formalarında və diabetli xəstələrə məsləhət görülür. Yarpaqları göbələk əleyhinə təsir göstərir./azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar