Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəlik əslində bağırsaqlarda başlayırmış

Tarix: 09-11-2018 20:37     Baxış: 4305 A- / A+
Bu xəstəlik əslində bağırsaqlarda başlayırmış


ABŞ-da aparılan yeni tədqiqatlar göstərib ki, Parkinson xəstəliyi bağırsaqlarda başlayır. Tədqiqatçı alimlər əlavə ediblər ki, apendiks (kor bağırsaq) beyin hüceyrələrini məhv edən zəhərli proteinlərin mənbəyi kimi Parkinson xəstəliyi ehtimalını artırır. Kor bağırsağı kəsilib götürülən insanlarda bu xəstəliyə yaxalanma ehtimalı da azdır.

Manevr.az Azərtac-a istinadən bildirir ki, Miçiqandakı Van Andel Universitetində aparılan tədqiqatlar zamanı müalicəsi olmayan bu xəstəlikdən əziyyət çəkən 1,7 insanın son 50 ildə tərtib olunmuş xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatların "Translational Medicine" jurnalında dərc olunmuş nəticələrinə görə, Parkinson xəstəliyi bağırsaqlarda başlayır və apendisit əməliyyatı olan insanların xəstələnmə ehtimalı 20 faiz azdır.

Məlum olduğu kimi, qalın bağırsağın çıxışında yerləşən apendiks heç bir funksiyası olmayan orqandır. Tədqiqatlar göstərib ki, onun içərisində olan "alfa sinüklein" adlı zəhərli protein Parkinson xəstələrinin beyin nahiyəsində də mövcuddur. Lakin alimlər bildiriblər ki, sözügedən xəstəlik sırf bu problemlə əlaqəli deyil və apendiksin kəsilməsi onu tamamilə aradan qaldırmır. Zəhərli proteinin məhz bağırsaqlarda böyüyərək "Vaqus" sərhədi (ağciyər-mədə sərhədi) vasitəsilə beyinə keçməsi faktı da sübut olunub.

Tədqiqat qrupunun üzvü Vivian Labriye bildirib ki, bu nəticələr əsasında insanlara Parkinson xəstəliyindən uzaq olmaq üçün apendisit əməliyyatı olmağı tövsiyə etmək düzgün deyil. "Alfa sinüklein"i nəzarətdə saxlamaq üçün daha çox proteinin yaranmasının qarşısını almaq daha ağlabatandır. Onun sözlərinə görə, bu səbəbdən Parkinson xəstələri tez-tez mədə-bağırsaq problemlərindən şikayət edirlər.

Britaniyadakı "Parkinson's UK" təşkilatının üzvü Kleyr Beyl qeyd edib ki, xəstəliyin bağırsaqlardan başlaması ilə bağlı tədqiqatın nəticələri mühümdür. O əlavə edib: "Bu, inqilabi bir kəşfdir və Parkinson xəstəliyinin qarşısının alınmasına, habelə onun müalicəsinə kömək edəcək".

Tədqiqatlar zamanı bütün insanların apendiksində "alfa sinüklein" proteini olduğu müəyyən edilib. Parkinson xəstələri ilə sağlam insanların protein tərkibi tamamilə fərqlidir. Eyni zamanda, alimlər hesab edirlər ki, nədən insanların yalnız bir qisminin Parkinson xəstəliyinə tutulması səbəblərini öyrənmək üçün zamana ehtiyac var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar