Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qaş və kirpikləriniz niyə tökülür? - Səbəbləri və müalicəsi

Tarix: 04-11-2018 13:32     Baxış: 3278 A- / A+
Qaş və kirpikləriniz niyə tökülür? - Səbəbləri və müalicəsi

Kosmetik salonlarda kirpikləri və qaşları seyrəkləşən qadınlara kipriklərin qaynağı, qaşların tatuajı kimi bir sıra prosedurlar tətbiq olunur.

Lakin yaranan problemi boya və süni materialların köməyilə deyil, təbii yollarla aradan qaldırmaq daha məqsədəuyğun olardı. Bunu üçün isə vaxt və səbir tələb olunur.
Manevr.az medicina.az-a istinadla yetkin insanlarda qaş və kirpiklərin tökülmə səbəblərini diqqətinizə çatdırır.

Kirpiklərin tökülməsi normal haldır. Belə ki, kirpiklər orta hesabla 21 gün sonra tökülərək yenisi ilə əvəzlənir. Kirpiklərin həddən artıq tökülməsi isə artıq normal deyil. Buna görə də, belə halla üzləşdikdə kirpikləri qalınlaşdırmazdan əvvəl onun tökülmə səbəbini araşdırmaq lazımdır.

Qaşlar insan simasının ən vacib elementlərindən biridir. Qaşları formaya salmaq, kəsmək, boyamaq təbii ki, onların tökülməsinə səbəb olur. Lakin bir çox başqa səbəblər də var:

Stress - Stress orqanizmdə bir çox prosesləri pozur. Bu o cümlədən, saç, kirpik və qaşlara aiddir. Güclü və ya xroniki stress onların tökülməsinə, nazilməsinə, gec uzanmasına səbəb olur.

Kosmetika - Müasir kasmetikanın tərkibində olan maddələr allergik reaksiya yaratmaq iqtidarındadır. Bu isə tük köklərinin zəifləməsinə və onların tökülməsinə gətirib çıxara bilər.

Hormonal dəyişikliklər - Hormonal fonun dəyişməsi, hamiləlik, endokrin xəstəliklər (zob) və s. hallar da qaş və kirpiklərin tökülməsi ciddi şəkildə arta bilər.

Tez-tez kirpik tökülməsi gözün iltihabı xəstəlikləri - blefarit, konyuktivit səbəbindən yaşanır. Ev şəraitində bu problemdən xilas olmaq mümkün deyil. Buna görə də, mütəxəssisə nə qədər tez müraciət etsəz, daha çox kirpik tökülməsinin qarşısını ala bilərsiniz.

Əgər tibbi bir problem aşkarlanmazsa, deməli, kirpiklərin tökülməsinin əsas səbəbi düzgün edilməyən qulluqdur.

Kirpiklərin qalınlaşması üçün isə aşağıda göstərilənlərə əməl etməyiniz məsləhətdir:

- Dekorativ kosmetikadan bacardığınız qədər az istifadə edin

- Suyadavamlı tuşdan yalnız ehtiyac olduğu zaman istifadə edin

- Gözünüzdə olan kosmetikanı təmizləmədən yatağa uzanmayın

- Gözlərdən kosmetikanı təmizləmədən əvvəl tuşu "yumşaldın". Bunu uşaq kremi ilə etmək daha asan olar. Kremi gözünüzə çəkin, 2-3 dəqiqə saxlayın. Sonra isə pambıq tampunla təmizləyin

- Bir tuşu 3 aydan artıq müddətdə istifadə etməyin. Bu müddət ötdükdə tuş bakteriya yuvasına çevrilir

- Hovuzda eynəkdən istifadə edin. Hovuz suyuna əlavə edilən dezinfeksiyaedici maddələr gözün selikli qişasına, qaş və kipriklərə mənfi təsir göstərir

Kiprik və qaşların tökülməsinin azaldılması və qalınlaşması üçün bir sıra vasitələrdən istifadə edilir:

Gənəgərçək yağı - qaş və kirpiklərin möhkəmləndirilməsi üçün 1 nömrəli vasitə hesab olunur. Yaxşı təmizlənmiş tuş fırçası ilə yağı gündəlik olaraq yatmazdan əvvəl kirpiklərə çəkmək 5-15 dəqiqədən sonra pambıqla təmizləmək lazımdır

Ayı pəncəsi yağı - qaş və kiprik köklərini bərkidir. Yatmazdan əvvəl kprik köklərinə çəkmək lazımdır

B vitamini (Biotin) qəbul edin - kirpik və qaş tüklərinin yaxşı uzanması üçün əlavə vitamin qəbulu vacibdir. B vitamini isə bu işdə ən yaxşı vasitəsidir.

Yatmazdan əvvəl qaş və kirpiklərinizi darayın. Bu, tük follikullarının qanla təhcizatını yaxşılaşdaracaq və uzanmanı sürətləndirəcəkdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar