Xəbər lenti
Bu çörəklər insan orqanizmi üçün TƏHLÜKƏLİDİR Həkimdən XƏBƏRDARLIQ
“Ölkəmizdə geniş yayılmış köklüyün birinci səbəbi çörəyin tərkibindəki maddələrdir”.
Bu sözləri həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı jurnalistlərlə keçirdiyi seminarda deyib. Həkim yediyimiz düzgün bişirilməmiş, tərkibində qatqı maddələri olan çörəklərin şəkərli diabet, köklük, kartof xəstəliyi və.s kimi xəstəliklərə səbəb olduğunu vurğulayıb.
İnsanlar arıqlamaq üçün çörəkdən tamamilə imtina edir ya da qara çörək yeməyə başlayırlar.
Dietoloq deyib ki, çörəkdən imtina etmək düzgün deyil. Doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə tam taxıllılardır. Bu baxımdan mütəxəssis köhnə üsulla bişirilən çörəklərin bazardan sıxışdırılıb çıxarılmasının tərafdarıdır.
Qara çörək məsələsinə toxunan həkim bildirir ki, çörəyin rənginin qara olması onun ekoloji cəhətdən sağlam olması anlamına gəlmir. Rənglərinin süni şəkildə qaraldılması alıcıları cəlb etmək məqsədi daşıyır. Ekoloji cəhətdən təmiz qara çörək tamamilə az üyüdülmüş buğdadan ibarət olmalı və ya çovdar, yulaf unundan bişirilməli və ən əsası qatqısız olmalıdır. Əslində gündəlik qida menyusu elə tərtib olunmalıdır ki, həmin maddələri yeyilən digər ərzaqlardan da ala bilək.
Kartof xəstəliyi barədə də məlumat verən dietoloq, bu xəstəliyin keyfiyyətsiz unlardan hazırlanmış təndir çörəklərindən əmələ gəldiyini qeyd edib:
“Əgər fikir vermisinizsə, təndir çörəyini səhərə saxladıqda saqqız kimi dartılır, yapışqan olur. Bunun 1-ci səbəbi unun səhv formada saxlanmasıdır. Qeyd edim ki, un olan anbarlar torpaqdan 1 metr hündürlükdə olmalıdır. Digər səbəb isə çörək tez bişsin deyə temperaturu artırırlar ki, bu da düzgün bişirilmə qaydası deyil”.
Sağlam çörək yemək istəyirsinizsə, qlütensiz, tam taxıllı olmasına diqqət edin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar