Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa səhiyyəsində bir ilk həyata keçirilir

Tarix: 29-10-2018 09:00     Baxış: 2340 A- / A+
Avropa səhiyyəsində bir ilk həyata keçirilir


İspaniyada xəstələrə bəzi dərman preparatlarının tibb bacılarının təyin etməsinə imkan verən dekret qəbul edilib.

Manevr.az Azərtac-a istinadən bildirir ki, sənəd artıq bu həftə qüvvəyə minib. Bu hadisə ölkədə qripə qarşı vaksinləmə kampaniyasının başlanması ilə bir vaxta düşüb. Həkimlə razılaşdırmadan pasiyentlərə peyvənd təyin etmək tibb heyətinin yeni səlahiyyətləri sırasındadır. Yalnız sağlamlıq durumuna görə əlavə müayinə tələb olunan hallar istisna təşkil edir.

Dekret oktyabrın 18-də Nazirlər Şurasında razılaşdırılıb. Orta tibb heyəti dərman preparatlarını protokol və təlimatlara tam müvafiq şəkildə təyin edəcək. Sənəd 2015-ci il tarixli əvvəlki normaların sadələşdirililməsinə və tibbi yardım göstərilməsinin daha səmərəli sisteminin yaradılmasına xidmət edir.

Səhiyyə sektorunda hökumətin bu qərarı ilə heç də hamı razı deyil. Bir sıra təşkilatlar, o cümlədən həmkarlar ittifaqları, Rəsmi Tibb Kollegiyaları Baş Şurası və İspaniya Elmi-Tibb Federasiyası bu sənədlə bağlı iddia qaldırmaq imkanını nəzərdən keçirirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar