Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nevroloq: "Bu əlamətlərdən hansısa varsa, mütləq həkimə müraciət edin"

Tarix: 28-10-2018 19:01     Baxış: 3353 A- / A+
Nevroloq: "Bu əlamətlərdən hansısa varsa, mütləq həkimə müraciət edin"

Bu gün insanların əksəriyyəti depressiyada olduğundan şikayətlənir. Böyükdən tutmuş kiçiyə qədər, istənilən yaş dövründə olan insan fərqinə belə varmadan depressiyaya düşdüyünü deyir. Onlayn depressiya testləri, saysız psixoloqlar ordusu isə bu "xəstəliyin" qarşısında, demək olar ki, aciz qalıb.

Maraqlıdır, əslində depressiya nədir, nədən və necə yaranır?
Manevr.az bildirir ki, Sputnik Azərbaycan-ın müxbiri bu və ya digər suallara cavab tapmaq üçün Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədova müraciət edib və hər kəsi depressiya ilə bağlı maraqlandıran suallara cavab tapmağa çalışıb.
Nevroloq: "Bu əlamətlərdən hansısa varsa, mütləq həkimə müraciət edin"


- Qalib həkim, indi hamı depressiyada olduğunu deyir, həyatdan bezdiyindən şikayətlənir. Depressiya nədir axı?

- Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadır. Çünki ətrafımıza diqqətlə baxsaq, hansısa ailə üzvümüzün və ya hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Sadalayacağım əlamətlərin bəziləri hansısa şəxsdə varsa, bu, onun depressiyada olduğunu göstərir.

Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması, qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu, daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək, işdə, məktəbdə, ailə və dostları ilə əsassız yerə problemlərinin olduğunu düşünmək. Həmçinin digər insanlardan uzaqlaşma, tək qalma istəyinin olması və özünə qapanmaq, enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə, yuxu pozğunluğu, iştahasızlıq və yaxud, əksinə çox yemək. Səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək. Son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmək ehtiyacı hiss etmək. Özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək. Gələcəyə ümidsizlik, işdən əli üzülmək və heç bir iş görə bilməmək.

- Depressiya nədən yaranır?


- Depressiya bəzən səbəb olmadan, qəfildən meydana çıxır. Bəzən isə stressli bir həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb, çox uzun müddət, hətta bir ömür boyu də çəkə bilər. Ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini bədbəxt hiss edirlər.

- İnsan depressiyada olduğunu necə bilə bilər?

- Depressiyada olduğumuzu bilmək üçün az əvvəl sadaladığım əlamətlərin hamısının eyni anda olması lazım deyil. Bu şikayətlərin bir neçəsi varsa, həkimə müraciət etmək məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştaha pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil, başqa xəstəliklərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki, ya da psixoloji xəstəliklərdən biri ola bilər. Belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya məsləhətsiz aldığınız yuxu dərmanını istifadə etmək yerinə, bir ekspertə müraciət edərək, əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadalanan əlamətlər eyni anda kimdəsə varsa, deməli həmin şəxs çox ağır depressiyadadır.

- Depressiya ciddi xəstəlikdir?

- Bəli, depressiya ciddi xəstəlikdir. Bundan müalicə olunmaq üçün vaxtında ciddi tədbirlər görülməsə, uzun müddət davam edib, daha da ağırlaşa bilər. Ağır depressiyalar zamanı isə xəstənin intihara cəhd etmə ehtimalı olduqca yüksəkdir. Əminəm ki, bizim ölkədə də bir çoxları bu xəstəlikdən əziyyət çəkdikləri halda müalicə olunmurlar. Əgər yaxınınız intihar barədə danışırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz əlindədir.

- Depressiyanı müalicə etmək mümkündürmü?

- Əvvəlcə səbəbi aradan qaldırmaq lazımdır. Xəstə onu müalicə edən həkimə inanmalıdır. Onda özünə inam yaradılmalıdır. Ən yaxşı müalicə psixoterapiyadır. Belə xəstələr özünün daxili həyəcanını, müxtəlif hisslərini hərtərəfli olaraq həkimə izah etmək istəyir, çox arzu edir ki, həkim onu diqqətlə dinləsin. Odur ki, belə xəstəni müalicəyə başlayan həkim çox hövsələli və sakit olmalıdır. Belə xəstə həkimlə lazımi qədər söhbət edib, "ürəyini boşaltdıqdan" sonra özündə rahatlıq və yüngüllük hiss edir.

- Dərman müalicəsi necə aparılmalıdır?


- Dərman müalicəsi təyin etdikdə xəstənin şikayətləri və ümumi halı nəzərə alınmalıdır. Ən əhəmiyyətli müalicə sanatoriya-kurort müalicəsidir. Somatonevroloji tipli sanatoriyalar daha münasib sayılır. Xəstənin sinir sisteminin sakitləşməsi üçün səyahət, ov, dəniz gəzintisi çox xeyirlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar