Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həftə sonu necə yatmaq lazımdır? Həkimlər məsləhət görürlər

Tarix: 27-10-2018 21:42     Baxış: 2253 A- / A+
Həftə sonu necə yatmaq lazımdır? Həkimlər məsləhət görürlər

İşləyən insanlar arasında yatıb yuxudan doymağı arzulamayan şəxslər tapmaq çətindir. Çətin həftədən sonra yuxu bizim üçün fantastik sayılır. Və budur, biz çox böyük səbirsizliklə həftəsonunu gözləyirik ki, doyunca yataq və növbəti həftəyə yeni güclə başlayaq.

Bəziləri nahara, bəziləri axşama kimi, bəziləri isə bütün gününü yatmağa sərf edərək düşünür ki, uzunmüddətli yuxu ilə iş həftəsində qazandıqları yorğunluqdan azad olacaq və yüklənmiş beyinləri istirahət edəcək.

Ancaq onlar bu cür uzunmüddətli yuxunun tibbi cəhətdən necə qeyri-effektli olduğunu və mənfi nəticələrə gətirib çıxaracağını təsəvvür belə etmirlər.

Psixiatr Əziz Mustafayev oxu.az-a açıqlamasında tibbi və sağlamlıq baxımından hər gün düzgün və keyfiyyətli istirahət etməyin yollarından danışıb.

“Gərgin işdən və ya kiçik stressdən sonra az yuxu praktikada pis deyil. Ancaq uzunmüddətli yuxu qeyri-effektivdir”, - həkim bildirib.

Digər həkim Tərlan Eyyubovun sözlərinə görə, özünü gecə tam istirahətdən məhrum edən və həftə sonları doyunca yatacağını fikirləşən insanlar bilməlidirlər: bu üsulla tamamilə yuxunu bərpa etmək mümkün deyil.

“Onlar özlərini yaxşı hiss edə bilərlər, ancaq onların orqanlarının normal vəziyyətə qayıtması üçün daha çox vaxt lazımdır. Onlar gecələr tam yuxudan imtina etdikcə, onların yuxunun bərpa edilməsi şansı daha da azalır”, - həkim əmindir.

Bundan başqa, müsahibimizin fikrincə, insan orqanizmində daha böyük dəyişikliklər baş verə bilər.

Gündəlik 5 saatdan az yuxu orqanizmdə maddələr mübadiləsini pozur. Ortalama 5 saatdan az yatan insanlarda piylənmə və hipertoniyanın inkişafı riski çox olur. Bu o deməkdir ki, orqanizm vaxtından tez məhv olur.

Orqanizmdə ağır nəticələrdən qaçmaq üçün T.Eyyubov 12-nin yarısından gec yatmağa uzanmamağı məsləhət görür.

“Gecə yarısı melatonin hormonunun inkişafı pis səviyyədə olur. O, gündəlik dövrün tənzimlənməsində böyük rol oynayır və orqanizmin sağlam inkişafına müsbət təsir göstərir”, - həkim qeyd edib.

Düzgün yuxu insanın sağlamlıq vəziyyətində açar rolunu oynayır. Əgər insan rasional yuxu rejimi qursa, orqanizm ona “sağ ol” deyəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar