Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Nar sperma sayını artırır": Uzmandan AÇIQLAMA

Tarix: 21-10-2018 14:32     Baxış: 3981 A- / A+
"Nar sperma sayını artırır": Uzmandan AÇIQLAMA

Mövsimi meyvə olan narın faydalarından danışan Radiasiya Onkologiya Mütəxəssisi Dr. Yavuz Dizdar bildirib ki, bu meyvənin xeyri olmayan bir tərəfi yoxdur.

Manevr.az xəbər verir ki, mütəxəssiz narın orqanizmaya və hər hansı bir xəstəliyə təsir qüvvəsi onun bir qida olmaqdan başqa tibbi bitkilər sinifinə daxil olmasına zəmin yaratdığını vurğulayıb. O qeyd edib ki, nar ürək, qan dövranı, immunitet, beyinlə bağlı bir çox nasazlıqlara müsbət təsir edir.
Doktor nar mövzusunda elmi məqalələrdən araşdırmalara istinadla bildirib ki, bu günə qədər üzərində ən çox araşdırılma aparılan meyvə məhz nardır. Hətta "Nar elmi" deyə bir anlayışın olduğunu dilə gətirən professor narın mütamadi istifadə edilərsə bir çox xroniki xəstəliklərə şəfaverici təsir edəcəyini bildirib. Ta qədimdən sağlam,uzun ömür simvolu sayılan nar həm də antibiotik təsirlidir. Narın nüvələrinin xüsusilə ürək üçün qoruyucu olan yağ turşularıyla zəngin olduğunu söyləyən Dr. Dizdar onu da qeyd edib ki, dənələrə rəng verən maddələr yoğun bağırsaqlarda başqa maddələrə çevrilərək ayrı faydalar təmin edir. "Narda vitamin, mineral bolluğu var və bəzi maddələr bağırsaq qurdlarının törəməsinə mane olur, antibiotik təsir göstərib bədənin mikroorqanizmlərini sağlam tarazlıqda tutur, ağız və diş sağlamlığı baxımından çox faydalıdır. Ona tibbi bitki deyilməsinin haqlı səbəbi də budur." -deyən mütəxəssis eyni zamanda narın kişilərdə sperma sayını və keyfiyyətini artırdığını da nəzərə çatdırıb.
"Bu mövzuda çox araşdırmalar aparılmış, kişilərdə sperma sayında geriləmə, qeyri-hərəkətlilik, diri hüceyrələrin azalması və keyfiyyət faizinin aşağı düşməsi hardasa on ildir problem kimi gündəmdədir. Sadalanan problemlərin təbii yolla müalicəsi narın "bacardığı" bir işdir. Davamlı istifadəsi sperma sayının və keyfiyyətinin yüksəlməsinə kömək edir. Qadınlarda da bənzər təsirə sahib olduğunu deyə bilərik."
Xərçəng xəstələrinin kimyaterapiya günü olmasa belə sonrakı günlərdə nar istifadə etməklərinin bir qorxusu olmadığına diqqət çəkən Dr. Dizdar: "Bir də xərçəng xəstələrinə kimyaterapiya əsnasında nar yeməmələri qadağaları var, amma bu bir az əsassız sayıla bilər. Doğrudur, nar çox güclü bir antioksiddir, dərmanın təsirini istifadə əsnasında azalda bilər. Amma bu yalnız o günə məxsusdur, dərmanların çoxu bədəndən saatlar içində ifraz olunur. Bu səbəbdən xərçəng xəstələri həmin gün yeməsələr belə, sonrakı günlərdə nar yeyə bilərlər. Əksinə immunitetlərini bu qədər asan bərpa edəcək digər qaynaq az qala yox dərəcəsindədir"-deyib.(trhaberler)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar