Xəbər lenti
Payızda yeyilməli 6 qida - Xəstəliklərdən qoruyur
Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik.
Manevr.az viruslara qarşı orqanizmin müdafiəsini artıran qidaları təqdim edir:
Təzə qoz
Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.
İspanaq
C və E vitaminilə zəngin olan ispanaq lutein, zeaksantin, betakaroten və glutatyon kimi birləşmələrlə zəngin olan bir antioksidantdır. Ürək və damar xəstəliklərindən qəbizliyə, xərçəngdən diabetə qədər bir çox xəstəliyə faydalı olan, həm su səviyyəsi yüksək, həm də aşağı kalorili bir tərəvəzdir.
Balqabaq
C vitamini baxımından da zəngin olan balqabaq antioksidant xüsusiyyətləri ilə immunitet sistemini gücləndirir, göz sağlamlığını və xərçəngə qarşı orqanizmi qoruyur.
Soğan-kəvər
A və C vitamini ilə zəngin olan soğan-kəvər immunitet sistemini qüvvətləndir bir çox birləşməyə sahibdir. Dietoloqlar bu göyərtini mövsümündə mütləq istifadə etmək lazım olduğunu deyirlər. Aşağı kalorili olduğundan pəhriz saxlayanlar üçün də faydalı bir alternativdir.
Xurma
Şirni istəyini yatırmaqda olduqca müvəffəqiyyətli olan 1 orta boy xurma 2 pors meyvəyə bərabərdir. Pəhrizdə xurmanın üzərinə 2-3 ədəd qoz ləpəsi əlavə edib, darçın səpərək, möhtəşəm bir şirniyyat əldə etmək olar. Ya da səhər naharı üçün qatıq və yulafla bərabər yeyə bilərsiniz.(milli.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar