Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə naziri uşaqlarla bağlı əmr verdi

Tarix: 18-10-2018 13:05     Baxış: 2313 A- / A+
Səhiyyə naziri uşaqlarla bağlı əmr verdi


Səhiyyə Nazirliyinin tədbirlər planı təsdiq edilib


Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb. Əmrdə qeyd olunub ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğun və ölümün səviyyəsinin azaldılmasına imkan verib.

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2013-2017-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətinə dair hazırlanan arayışda bu sahədə müəyyən nöqsan və çatışmazlıqların olduğu vurğulanıb.

Bu səbəbdən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Səhiyyə Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planında adları qeyd olunan icraçı qurumların rəhbərlərinə tapşırılıb ki, müəyyən olunan müddətdə tapşırıqların həyata keçirilməsini təmin etsinlər və görülən işlər barədə hər yarımilliyinin sonunda Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə hesabat təqdim etsinlər.

Əmrin icrasına nəzarət nazir müavinlərinə tapşılırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar