Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Soyuqdəymənin ən yaxşı dərmanı- Təbii üsul

Tarix: 12-10-2018 19:40     Baxış: 31 183 A- / A+
Soyuqdəymənin ən yaxşı dərmanı- Təbii üsul

Havalar soyuduqca burun axıntıları, baş ağrıları, boğaz ağrıları və öskürəklə müşahidə olunan soyuqdəymə əlamətləri də özünü göstərməyə başlayır. Soyuqdəymə fərqli virusların səbəb olduğu bir infeksiya növüdür. Çox ağır olmadığı müddətcə evdə təbii üsullarla müalicə edilə bilər.


Manevr.az soyuqdəyməyə ən yaxşı təsir edən təbii üsulları nəzərinizə çatdırır.

SARIMSAQ


Sarımsağın antibakteriyal xüsusiyyəti vardır. Ağciyəri, qaraciyəri, ürəyi qüvvətləndirir. Mədə və bağırsaqları dezinfeksiya, zərərli bakteriyaları isə yox edir. Nəfəs borusu narahatlıqlarına aradan qaldırır. Soyuqdəymənin müalicəsi üçün çox effektiv vasitədir. Sarımsaqla müalicə üsulu aşağıdakı qaydada hazırlanır
Bir ədəd sarımsağı yaxşıca əzdikdən sonra, üzərinə iki çay qaşığı limon şirəsi, bir desert qaşığı bal və yarım çay qaşığı qırmızıbibər əlavə edib s yaxşıca qarışdırın. Bu qarışığı soyuqdəyməniz keçənə qədər hər gün qəbul edin. Ayrıca xəstəlikdən tez xilas olmaq üçün yeməklərinizə sarımsaq əlavə etməyi unutmayın.

ZƏNCƏFİL

Soyuqdəymə və qrip müalicəsində istifadə edilən, ən təsirli qidadır. Təbii bir ağrı kəsicidir. İstehlak edəcəyiniz xam zəncəfil ya da zəncəfil çayı soyuqdəymə əlamətlərini yox etmək üçün təsirli köməkçidir.Ayrıca yaxşılaşmanıza vasitə olacaq zəncəfilli bir qarışıq da hazırlaya bilərsiniz. Zəncəfil, qərənfil və duz ilə hazırladığınız qarışıqdan gündə bir yarım çay qaşığı qəbul edərək sağlamlığınıza qısa müddətdə qovuşa bilərsiniz.

BAL

Bal, soyuqdəyməyə səbəb olan bakteriya və virusları öldürər və xəstəliyin müddətini qısaldar. Boğaz ağrısını, göynəməsini aradan qaldırar və şişi yatırar. Sizi sağlamlığınıza qovuşduracaq, ən yaxşı və ən praktik qarışıq isə belə hazırlanır:
Bir çay qaşığı bala limon suyu əlavə edərək qəbul edin. Bu qarışığı qısa fasilələrlə tez-tez istifdə etməklə soyuqdəymənin sürətlə ortadan qalxmasına nail olacaqsız.

TOYUQ BULYONU ŞORBASI

Hazırladığınız toyuq şorbası, içərisində saxladığı vitaminlər sayəsində soyuqdəyməni müalicə etməyə köməkçi olar. Yaxşı bir antioksidandır. İmmunitet sistemini gücləndirərək, soyuqdəyməni qısa müddətdə yox edir. Ləzzətli olmaqla bərabər vitamin kompleksi ilə zəngin olan şəfaverici şorbanın hazırlanma qaydası:
İki stəkan toyuq bulyonu, üç stəkan su, bir çay stəkanı xırda əriştə və duz qaynadılar. Bişdikdən sonra, qara bibər və limon sıxıb içə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar