Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qripə yoluxan uşaqlar dərsə buraxılmayacaq - Direktorlara müraciət edildi

Tarix: 12-10-2018 13:55     Baxış: 3319 A- / A+
Qripə yoluxan uşaqlar dərsə buraxılmayacaq - Direktorlara müraciət edildi


Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır.

Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb:

"Artıq orta məktəblərdə bu istiqamətdə işlərə başlanılıb. Bu işlərdən biri məktəblərdə filter işinin təşkil olunmasıdır. Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir. Qış mövsümündə kəskin respirator infeksiyalara yoluxma ilə bağlı vəziyyət kəskinləşdikdə bu işə sinif rəhbərlərini də cəlb edirik".

N.Brumendfard qeyd edib ki, şagird sayı çox olan məktəblərdə tibb bacılarının dərs başlamazdan əvvəl məktəbin girişində bütün şagirdlərin sağlamlıq vəziyyətini yoxlaması çətindir: "Ona görə də biz bu işə məktəbin sinif rəhbərlərini də cəlb edirik. Hər gün səhər sinif rəhbəri öz sinfindəki uşaqların sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Uşaq özünü yaxşı hiss etmirsə, asqırır, öskürürsə, valideynə zəng edir və uşaq sinifdən kənarlaşdırılır. Yaxud da şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır".

Həkim-epidemioloq əlavə edib ki, şəhər, rayon dezinfeksiya stansiyalarına yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.

Yoluxma ocaqları barədə hər ay onlara məlumatların verildiyini deyən RGEM rəsmisi bildirib ki, hazırda məktəblərdə yoluxma halları ilə bağlı narahatlıq olmadığı üçün hələlik dezinfeksiya işlərinə başlanılmayıb./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar