Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyəli həkimdən XƏBƏRDARLIQ: "Bu dərmanlar mədənizi deşə bilər!"

Tarix: 01-10-2018 07:09     Baxış: 3460 A- / A+
Türkiyəli həkimdən XƏBƏRDARLIQ: "Bu dərmanlar mədənizi deşə bilər!"


Qış aylarında soyuqdəymə, qrip və öskürək kimi hallar artdığı üçün bəzi dərmanların istifadəsi çoxalır. Amma mütəxəssislər bunun fəsadları olduğuna dair xəbərdarlıq edir.

Amia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həkim Orhan Sezgin qışda hər kəs tərəfindən çox istifadə olunan dərmanların səbəb olduğu problemlər barədə danışıb. O, bunun ciddi fəsadlar yaratdığını vurğulayıb: “Hava şərtlərinin dəyişməsi ilə əlaqədar müxtəlif xəstəliklər ortaya çıxır və bu səbəbdən insanlar həkim təyinatı olmadan dərman içməyə başlayırlar. Belə dərmanlardan birincisi ağrıkəsicilərdir. Bu ərəfədə sıxlıqla istifadə edilən ağrıkəsicilər mədə və bağırsağa zərər verə bilir.

Bundan başqa, yüksək hərarət olanda da insanlar müxtəlif qızdırmasalıcılardan istifadə edirlər. Bu dərmanlar da mədə-bağırsağa mənfi təsir edir. Hətta mədənin deşilməsinə belə gətirib çıxara bilər”.

Həkim deyir ki, yaz aylarında mədə və bağırsaq şikayətlərinin, həzmsizlik və qarın ağrısının artması adətən gözləmədiyimiz bir vəziyyətdir: “Bunu ortaya çıxaran səbəblərdən biri də havaların soyuması ilə insanlar arasında ağrıkəsici, qızdırmasalıcı dərmanların istifadəsinin artmasıdır. Bu dərmanların özbaşına və çox istifadəsi mədə və onikibarmaq bağırsaqda qanama və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaşanmasına səbəb olan amillərdəndir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar