Xəbər lenti
Qara ciyəri yoran qidalar hansılardı?- Mütəxəssisdən açıqlama
Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Hesablamalara görə qaraсiyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Odur ki, qaraciyərin işində baş verən istənilən pozğunluq birbaşa bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, türkiyəli diyetoloq Nilay Keçeçi qaraciyəri yoran qidaların adlarını açıqlayıb.
Mütəxəssis bildirib ki, bədənin ən mühüm orqanlarından biri olan qaraciyərin yenilənməsində sağlam qidalanma böyük əhəmiyyət daşıyır:
“Həddindən artıq yağlı ət növləri, spirtli içkilər, kolbasa, sosika, sucuq, basdırma kimi məhsullar, yağda qızardılmış qidalar, ət suyu, kakaolu ərzaqlar və yağlı souslar qara ciyəri yorur.
Qaraciyər sağlamlığı üçün gündə mütləq 2-3 litr su içmək lazımdır. İçdiyiniz suyun içərisinə az miqdarda sarıkök əlavə edin. Qaraciyər yağlanmasının qarşısını almaq üçün gündə 30 dəqiqəlik yürüşə çıxın.
Pis xolesterin tərkibli qidalar qaraciyər xəstəliklərinin yaranma riskini artırır. Xüsusilə yağlı qırmızı ət, kərə yağı, krevet və yumurta sarısı kimi qidaların balanslı istifadə edilməsi lazımdır. Heyvan mənşəli qidalar xolesterin baxımından riskli sayılır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar