Xəbər lenti
Dörd yaşlı uşağın böyrəyindəki daş xaric edilib - Azərbaycanda
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qeyri-adi üsulla daha bir uğurlu əməliyyat icra olunub.
Manevr.az AzərTac-a istinadən bildirir ki, əməliyyat barəsində məlumat verən həkim-uroloq Vasif İsmayıl deyib: "Ciddi ürək qüsuru ilə doğulan uşaq 4 yaşına qədər bir neçə əməliyyat keçirib. Hətta bir il ərzində ancaq süni nəfəs aparatına bağlı şəkildə yaşayıb. Lakin klinikamızda aparılan müalicələrdən sonra hazırda uşaq sərbəst nəfəs ala bilir, gündən-günə inkişaf edir. Lakin onun ürək döyüntülərində yenə də ciddi narahatlıq olduğuna görə dəri altına kardiostimulyator yerləşdirilib. Yəni hazırda xəstənin ürəyi həmin cihazın köməyi ilə işləyir".
Lakin son vaxtlar uşağı digər bir problem-sağ böyrəyində yaranan 8 mm ölçüdə olan daş narahat edirdi. Daşı xaric etməyin bir neçə metodu var idi. Birinci üsul -daşın kənardan qırılması (ESWL)-zərbə-dalğa litotripsiyası. Bu əməliyyat uşaqlarda narkozla aparılır. Xəstənin ürəyində kardiostimulyator olduğuna görə, bu üsuldan istifadə etmək olmazdı. İkinci üsul-aşağıdan uretroskopiya ilə aparılan əməliyyatdır. Ancaq xəstənin yaşının azlığını, ürək qüsuru olduğunu və inkişafdan nisbətən geri qaldığını nəzərə alaraq bu yolu da seçə bilməzdik".
ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri uşağın böyrəyindəki daşı tamamilə fərqli üsulla çıxarmağa nail olublar. Onlar üzü üstə yatızdırdıqları uşağın böyrəyində çox kiçik dəlik açaraq qələm qalınlığında olan çox incə alətlərlə daşı xaric ediblər. Tibbi dildə desək, böyrəyin qapalı daş əməliyyatı-Perkutan nefrolitotomiya əməliyyatı icra olunub. Yarım saat davam edən cərrahi müdaxilə uğurla nəticələnib. Əməliyyatdan sonra uşaq özünü yaxşı hiss edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar