Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təngənəfəs olursuz?- Problemi aradan qaldıran təbii üsullar

Tarix: 25-09-2018 21:48     Baxış: 3373 A- / A+
Təngənəfəs olursuz?- Problemi aradan qaldıran təbii üsullar

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz ki, bu, ilk növbədə, ürək-damar sistemində yaranan problemin əlamətidir.

Hansı üsullardan istifadə etməklə bu sahədə olan problemi aradan qaldırmaq olar?
Manevr.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AzərTac-a müsahibəsində həmin hallarla üzləşənlərin istifadə edə biləcəyi bir neçə resept haqqında məlumat verib .

Onun sözlərinə görə, heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm şirəsi təngnəfəsliyə qarşı istifadə olunan ən təsirli təbii vasitələrdir. Xörəkdə darçın işlətmək nəfəs yollarını genişləndirir, kərəviz yemək isə bu orqana faydalı təsir göstərir. Zəfəran ağciyərləri möhkəmləndirir və nəfəsalmanı genişləndirir.

O, bununla əlaqədar daha bir neçə sadə üsul haqqında danışıb: “Bir litr alma sirkəsinin içərisinə yarıya qədər şam ağacının qoz boyda təzə qozaları tökülür, 10 gün saxlanılandan sonra qozalar çıxarılır. Hazır sirkədən gündə iki dəfə səhər-axşam 1 xörək qaşığı 1 stəkan suya qarışdıraraq içilir.

Üç xörək qaşığı şam qozası üç stəkan suda dəmlənilir, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içilir. Bu tərkibin varikoz və daxili göbələk əleyhinə təsiri də var.

Təngnəfəsliklə üzləşənlərin cirə yeməsi də faydalı hesab olunur. Onun süsən kökü ilə qaynadılıb içilməsi daha xeyirlidir. Aptek çobanyastığı da eyni təsirə malikdir.

Badam yağını bal, mum və gül yağı ilə qarışdırıb istifadə etmək, eləcə də təzə süd içmək məsləhətdir. Bu sahədə ən yaxşı vasitələrdən biri də dəvə südüdür”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar