Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təzyiq dərmanları kişilərin seks həyatını “qaraldır” - Androloqdan XƏBƏRDARLIQ

Tarix: 21-09-2018 15:31     Baxış: 3538 A- / A+
Təzyiq dərmanları kişilərin seks həyatını “qaraldır” - Androloqdan XƏBƏRDARLIQ


Son zamanlar 35 yaşdan sonra kişilərdə yüksək təzyiq, ürək-qan damar problemləri səbəbindən təzyiq salan dərmanlara üz tutması halları artıb.
Hipertoniyadan əziyyət çəkən kişilər həkimlərə müraciət etdikdə isə ilk növbədə gündəlik qəbul edilən dərmanlar resepti ilə qarşılaşırlar.


Lakin bəzi həkimlər təzyiq preparatlarının kişilərin cinsi həyatına, potensiyasına mənfi təsir göstərdiyini bildirir. Qeyd olunur ki, hipertoniyadan əziyyət çəkən cavan kişilər bir müddət sonra impotent olur.


Həkim uroloq-androloq bildirib ki, ürək-qan damar sistemini, o cümlədən qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün təyin olunan bəzi dərmanlar cinsi zəiflik verə bilər: "O dərmanların təlimatında da qeyd olunub ki, cinsiyyət sisteminə mənfi təsiri var. Amma təzyiq, ürək-qan damar sistemi həyati vacib orqanlar sayıldığından, xəstənin həyatı üçün təhlükəni aradan qaldırmaq məqsədilə bu preparatlar mütləqdir və uroloji, cinsi sistem artıq ikinci planda olur. Bir uroloq kimi mənim ixtiyarım yoxdur ki, o dərmanları təxirə salım. Əlbəttə kişilərin uroloji, cinsi sisteminin zəifləməsi uroloqlar üçün narahatverici məqamdır və pasiyentlər bu problemlərlə bizə müraciət edir.

Lakin bir məsələ də var ki, kişi cinsi baxımdan zəif ola bilər, amma bu onun həyatı üçün təhlükə daşımır. Onu da bildirim ki, bu dərmanlar sonsuzluq yaratmır”.
Həkim libidonu aşağı salan, potensiyaya daha çox təsir edən preparatın atorvastatin tərkibli preparatlar olduğunu da qeyd edib ki, bu preparat qanda xolesterini azaltmaq üçün ikiqat təsirə malikdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar