Xəbər lenti
Diş çürükləri körpələr üçün yoluxucudur
Diş xəstəliklərinin son aparılan tədqiqatlarına görə 3 yaşına qədər körpələrin analarında diş çürüyü olan zaman yoluxa biləcəkləri üzə çıxıb. Belə ki, anada əgər diş çürüyü varsa, körpə ilə təmasda çox olduğundan körpənin də süd dişlərini çürüməsinə gətirib çıxarda bilir.
Bunu isə analar körpələrə ümumi qaşıqdan, fincandan, qab-qacaqdan istifadə zamanı yoluxdura bilərlər. Bunun qarşısını almaq üçün 3 yaşına qədər körpələrin əgər ailədə diş problemləri olan insanlar varsa onlardan ayırmaq lazımdır. Çünki az ehtimal olsa da, anada diş problemi olmasa belə, digər ailə üzvlərindən də körpəyə diş xəstəlikləri yoluxa bilər.
Bəs diş çürüməsi körpəyə necə yoluxur?
Mütəxəssislər bildirirlər ki, 3 yaşına qədər olan körpələrin ağız boşluqlarında bakteriyalar yox dərəcəsində olur. Buna görə də kənardan bakteriyalar diş yuvalarına daha tez yoluxur. Valideynlərdən körpələrə diş xəstəlikləri bakteriyalar vasitəsi ilə daha sürətlə yoluxur. Lakin mütəxəssislər bildirirlər ki, 3 yaşından sonra diş çürüklərinin yoluxma təhlükəsi yox dərəcəsində olur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar